Yaralanan sərhədçi: “Əli Əliyevin fikirləri vətənimizə hörmətsizlikdir”

Yaralanan sərhədçi: “Əli Əliyevin fikirləri vətənimizə hörmətsizlikdir”
"30 noyabrda hərbi helikopterimizin qəzaya uğraması nəticəsində 14 nəfər şəhid oldu, mən və zabit yoldaşım möcüzə nəticəsində sağ qaldıq”.

Sfera.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

O bildirib ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün məlum müsahibəsində helikopter qəzası nəticəsində yaralanmaqlarını şübhə altına alıb:

"Bu fikirlər öncə qəza zamanı həlak olmuş zabit yoldaşlarımızın ruhuna hörmətsizlikdir. Biz Vətən müharibəsinin iştirakçılarıyıq. Hər zaman da canımızı, qanımızı vətənimiz, torpaqlarımız naminə qurban verməyə hazır olmuşuq. Qəza zamanı keçirdiyimiz fiziki və psixoloji travmalara baxmayaraq, gücümüzü toparlayaraq verdiyimiz səmimi müsahibənin yaxınlarımızın, eləcə də hadisəyə görə üzülən bütün vətəndaşlarımızın ağır qəzadan sağ qalanlar üçün sevinməsini gözləyirdik. Əvəzində isə Əli Əliyevin həqiqətə uyğun olmayan fikirlər irəli sürməsi öncə vətənimizə hörmətsizlikdir”.

E.Cəfərov deyib ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin məlum müsahibəsində onun və zabit yoldaşımın helikopter qəzası nəticəsində yaralanmağını şübhə altına alması, əsassız və cəfəng ehtimallar səsləndirilməsini qəbuledilməz hesab edir.

Polkovnik-leytenant özünün Emil Cəfərov və kapitan Ramin Edilov şərəf və ləyaqətlərinin alçaldılmasına imkan verməyərək ədalətli qərar çıxardığı üçün məhkəməyə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bu gün Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub.

Hökmə əsasən, Ə.Əliyev barəsində 5 ay həbs cəzası verilib.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İşğaldan azad olunan ərazilərə getmək üçün bileti necə alaq? - VİDEO

İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi məqsədilə yaradılan www.yolumuzqarabaga.az portalı texniki olaraq Azərbaycan Respublikasının Preziden...

Uğursuz ekspertlər həm özlərini, həm də medianı nüfuzdan salır - Kimdir günahkar?

Mediaya açıqlama verən ekspertlərin proqnozları bir çox hallarda özünü doğrultmur və bu hal ekspert rəyinə ictimai etimadı zədələyir. Xüsusilə də gənc ekspert...

"Könüllü getmiş olsa belə..." - Qız qaçıranları hansı cəzalar gözləyir?

Ötən gün Tərtərdə 32 yaşlı şəxs məktəbli qızı qaçırıb. İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdi...

Yenidən sərt karantin tədbirləri görülə bilər - Yoluxma sayı rekord həddə ...

"Bizdə də yoluxma sayı daha da arta bilər, amma sürətlə artacağını düşünmürəm. Çünki artıq əhalinin böyük bir qismi peyvəndlənibdir, buster (üçüncü) dozanı da a...

Müstəqilliyə gedən yoldakı 20 Yanvar səddi

20 Yanvar hadisələrindən 32 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Çünki 1990-cı il yanvarın 20-si Azər...

“Səkkiz bacı-qardaşıq, içərisində ən varlısı mənəm” - Tahir Kərimli

"Biz səkkiz bacı-qardaşıq, içərisində ən varlısı da, vəzifəlisi də mənəm”. Sfera.az xəbər verir ki, bunu deputat Tahir Kərimli haqqında səsləndirilən iddi...