Yaqub Zurufçu \"Qurd qapısı\" qəbiristanlığında dəfn ediləcək
11:01 / 15.09.2021
500
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.
Mədəniyyət Nazirliyindən Sfera.az-a bildirilib ki, mərhum bu gün saat 13:00-da Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynov (Rəmiş) yanında dəfn olunacaq.
Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib.
Allah rəhmət eləsin!