Yaqub Zurufçu harada dəfn olunacaq? - RƏSMİ

Yaqub Zurufçu harada dəfn olunacaq? - RƏSMİ
Əməkdar artist Yaqub Zurufçunun harada dəfn olunacağına ailə üzvləri qərar verəcək.

Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, əməkdar artist bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub.

Qeyd edək ki, Y.Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub.

Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına adına layiq görülüb.

Ailəli idi, 3 övladı var.

OXŞAR XƏBƏRLƏR