\"Yaprak dökümü\"nün balaca aktrisası illər sonra - fotolar

\
"Yaprak Dökümü" serialında (2006-2010) evin kiçik qızı Ayşeni canlandıran aktrisa Şebnem Cecelinin hazırda 15 yaşı var.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialdan sonra təhsilinə üstünlük verən Ceceli ekranda onun atasını canlandıran Halil Ergünü hər bayram mütləq axtardığını deyib.

Dörd nəfərlik ailənin böyük uşağı olan Şebnem 5 yaşında aktrisa Ayla Alqandan dərs alıb. Elə həmin ildə agentliklərdən birinin diqqətini çəkərək "Yaprak dökümü"nə başlayıb:

"Ondan əvvəl heç bir layihədə yer almadım. Serialın uzun çəkməsi, uğuru mənim üçün böyük təcrübə idi".

İlk mövsümdə 5 yaşı olduğu üçün çox şeyi yadına sala bilməyən Ş.Cecelinun unutmadığı bir şey var:

"Halil Ergün və Deniz Çakır gülüş mənbəyim idilər. Onlarla bərabər olanda çox gülürdüm"ş

Milyonları ekran qarşısına toplayan final seriyasının qala gecəsi isə balaca qızı çox kövrəldibmiş:

"Qala gecəsində çox ağladım. Aradan illər keçdi. Hər bayram Halil Ergünü axtarıam, təbrik edirəm. Hərdən Deniz Çakırla da görüşürəm".

Serial bitəndən sonra çoxlu yeni təklif alan balaca aktrisa heç birini qəbul etməyərək təhsilinə daha çox vaxt ayırıb. O, tibb fakültəsinə qəbul olunmaq istəyir:

"Həkim olmaq istəyirəm. Aktrisalıq isə hər zaman etmək istədiyim bir şeydir. İkisini birgə edə bilsəm, xoşbəxt olaram. Başda Halil Ergün olaraq bütün "Yaprak Dökümü" heyəti, Hande Doğandemir və bir də Cem Yılmazla eyni layihədə yer almağı çox istərdim".






OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...