Yaponiyada güclü zəlzələ olub
11:20 / 11.05.2020
1895
Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ qeydə alınıb, sunami təhlükəsi elan olunmayıb.
Sfera.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteoroloji İdarəsi bildirib.
Zəlzələnin episentri İbaraki prefekturasının sahilləri yaxınlığında, ocağı isə okean qatı altında təxminən 50 km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Yeraltı təkanlar bir sıra şimal-şərq prefekturalarında, eləcə də Tokioda hiss olunub.