Yaponiyada 7,2 bal gücündə zəlzələ oldu

Yaponiyada 7,2 bal gücündə zəlzələ oldu
Yaponiyanın şimal-şərqindəki Miyagi əyaləti yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi (JMA) məlumat verib.  

Qeyd olunub ki, Miyaginin kənarında, 60 kilometr dərinlikdə zəlzələ qeydə alınıb.

Tektonik sınmadan sonra Miyagi sahilində sunami olması barədə xəbərdarlıq olunub. 

Zəlzələ eyni zamanda İvate, Akita, Gunma, Fukushima, Saitama, Aomori və paytaxt Tokionun şimal-şərqində hiss edilib. 

OXŞAR XƏBƏRLƏR