Yaponiyada 107 yaşlı bacılar rekordlar kitabına düşdülər
16:29 / 21.09.2021
633
İnsan ömrünün
ən uzun olduğu ölkələrdən biri sayılan Yaponiyada 107 yaşlı əkiz bacılar
Ginnesin Rekordlar Kitabına düşmək hüququnu qazanıblar.
Sfera.az xəbər
verir ki, Umeno Sumiyama ve Koume Kodama adlı 107 yaşlı bacılar "Ən yaşlı əkizlər”
nominasiyası üzrə rekorda imza atıblar.
Qocalar evində
yaşayan bacılar 5 noyabr 1913-cü ildə anadan olublar.
107 il əvvəl
ölkənin qərbində yerləşən Şodoşima adasında 11 övladın 3 və 4-cüsü olaraq
dünyaya gəliblər.
Onlara Ginnes
Rekordlar Kitabının sertifikatı COVID-19 səbəbilə karqo vasitəsilə
çatdırılacaq.
Əzizə Zeynal