No Image
No Image

Yaponiya mediası Xocalıdan yazdı: 29 il öncə...

Yaponiya mediası Xocalıdan yazdı: 29 il öncə...
Yaponiyanın nüfuzlu "fnn.jp” portalı erməni silahlılarının Azərbaycanın Xocalı şəhərində 29 il əvvəl törətdiyi soyqırımı ilə bağlı məqalə yayıb.

Sfera.az xəbər verir ki, portalın İstanbul bürosunun rəhbəri tərəfindən hazırlanan məqalədə yapon jurnalistin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfəri barədə məlumat verilir. Dağlıq Qarabağa səfər edən jurnalist Xocalı şəhəri yaxınlığında olduqlarını da qeyd edir. Bildirir ki, 29 il əvvəl məhz Xocalı şəhərində mülki əhaliyə qarşı soyqırımı törədilib.

Erməni yaraqlılarının silahsız azərbaycanlılara qarşı törətdiyi qırğının qətliam olduğu vurğulanan yazıda nəticədə 613 nəfərin həlak olduğu, qadınların və uşaqların onların əksəriyyətini təşkil etdiyi qeyd edilir. Faciənin şahidi olmuş ananın 8 yaşlı qızını şaxtalı havada dağlardan keçərkən itirdiyi və onu qonşu şəhərdəki məscidin yaxınlığında dəfn etdiyi bildirilir. Həmin ananın sözləri sitat gətirilir:

"O zaman mən 8 yaşlı qızımın əlindən tutaraq qaçmağa məcbur oldum, hücum başladığına görə qızımı bədənimlə örtməyə çalışırdım. Onu güllələrdən nə qədər qorumağa çalışsam da, buna nail ola bilmədim. Qızımı həmişəlik itirdim”.

Məqalədə 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi barədə də ətraflı məlumat verilir. Qeyd edilir ki, cəmi 44 gün davam edən müharibə nəticəsində Azərbaycan işğal edilmiş əraziləri tamamilə azad edib. Bu, həmin əraziləri yenidən bərpa etməyə və insanların öz ata-baba yurdlarına qayıtmasına imkan yaradıb.
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Putin Xəzər üzrə yeni nümayəndə təyin etdi

Rusiyanın Xəzər dənizi üzrə Yüksək Səviyyəli Beynəlxalq İşçi Qrupdakı nümayəndəsi dəyişib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məl...

Sergey Şoyqu: "Qərb sərhədində vəziyyət gərgindir"

"Ukrayna rəhbərliyi Donbasda sabitliyi pozmağa çalışır”. Sfera.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu nazirlikdə keçi...

Qasparyan qalmaqallı səsyazısından danışdı: “Prezidentin çıxışını da yaysınlar...”

Onik Qasparyan Təhlükəsizlik Şurasının 30 sentyabr 2020-ci il tarixli iclasındakı çıxışının tam şəkildə yayımlanmasını tələb edir. Sfera.az-ın məlumatı...

Rusiya ABŞ səfirini niyə göndərir? – Bazarlıq təklifi...

Xəbər verdiyimiz kimi ABŞ-ın Moskvadakı səfiri Con Sullivan ABŞ-a çağırılıb. Səfir bu həftə Rusiya Xarici İşlər Nazirliyinin tövsiyəsi ilə məsləhətləşmələr...

Erməni qızı rus sülhməramlıdan hamilə qaldı – FOTO

25 yaşlı Qayane Qrantovna Arzumanyan Xankəndindəki Rusiya sülhməramlı kontingentinin rəhbərliyindən ədalət tələb edir.  Sfera.az bizim.media-ya istin...

Prezident seçiləndən sonra atışmada öldü

Orta Afrika ölkəsi Çadın yeni prezidenti vəfat edib.   Sfera.az bildirir ki, 11 apreldə keçirilən seçkilərdə 79,32 faiz səslə qalib olan İdris Debi İtno ...