Yaponiya kosmosa peyk yolladı: təbii fəlakətlər araşdırılacaq

Yaponiya kosmosa peyk yolladı: təbii fəlakətlər araşdırılacaq
Yaponiyanın Kaqosima şəhərinin cənub-qərb prefekturasında yerləşən Taneqasima Kosmodromundan yeni IGS Optical 7 peyki ilə buraxılan H-IIA orta səviyyəli buraxılış vasitəsi kosmosa göndərilib.

Sfera.az xəbər verir ki, bu haqda Mitsubishi Heavy Industries şirkəti məlumat yayıb.

Bildirilir ki, peyk Günəş sinxron orbitinə buraxılacaq. Kosmik gəminin təbii fəlakətlərin araşdırılması və izlənməsi üçün istifadəsi planlaşdırılır.

IGS Optical 7 4,1 ton ağırlığındadır, dəyəri 275 milyon dollardır. İki təyinatlı peyk həm kəşf, həm də təbii fəlakətlərin izlənməsi üçün istifadə ediləcək.
 
Aparatın kosmosa buraxılması Yaponiya hökumət proqramının bir hissəsidir və peyk Yaponiyanın Müdafiə Nazirliyi tərəfindən idarə ediləcək.

OXŞAR XƏBƏRLƏR