“Yapı Kredi Bank Azərbaycan” zərərdə - HESABAT

“Yapı Kredi Bank Azərbaycan” zərərdə - HESABAT
"Yapı Kredi Bank Azerbaycan” QSC 2021-ci ilidə aktivlərini 13.4% - 394.807 milyon manata qədər artırıb.

Sfera.az xəbər verir ki, Bankın hesabatına əsasən, 31 dekabr 2021-ci il tarixinə "Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 174.914 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 17.1% ), o cümlədən istehlak kreditləri 40.151 milyon manata (artım 1.4%), biznes kreditləri 117.256 milyon manata (artım 21.8%) bərabərdir.

Bankın öhdəlikləri 312.745 milyon manat (artım 17.4%) həcmində qiymətləndirilir.

Bankın depozitləri 285.148 milyon manat (artım 15%), əhalinin əmanətləri 68.498 milyon manat (azalma 11.8%), hüquqi şəxslərin əmanətləri – 216,65 milyon manat (artım 27,2%) təşkil edir.

Dekabrın 31-nə "Yapı Kredi Bank Azərbaycan”ın kapitalı 82.062 milyon manat (artım 0.2%), nizamnamə kapitalı 55 milyon 380.7 min manat (dəyişməyib) təşkil edir.

2021-ci ildə fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 2020-ci ildə 373.42 min manat mənfəətə qarşı 930.75 min manat təşkil edib.

"Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.

OXŞAR XƏBƏRLƏR