“Yapı Kredi Bank Azərbaycan” tender elan edir

“Yapı Kredi Bank Azərbaycan” tender elan edir
 
Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən
sənədləri qapalı zərfdə "Yapı Kredi Bank Azərbaycan” QSC-nin Baş ofisinə (Ünvan: Bakı
şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 73G) Satınalma şöbəsinə təqdim etmələri xahiş olunur.
1. Müraciət edən şirkətin rəsmi sənədləri (Dövlət reyestrindən çıxarış, VÖEN və s.)
2. Yeməkxana xidmətində ən az 3 il təcrübə
3. Əməkdaşlıq edilən şirkətlərin adları (tövsiyyə məktubu arzu ediləndir)
4. Yeməkxana xidməti göstərən əməkdaşların şəxsiyyət vəsiqəsi və tibbi sağlamlıq arayışı
(ildə bir dəfə yenilənməli)
5. Yeməkxana xidməti göstərən əməkdaşların işdə fərdi qəza sığortası
6. Yeməkxana xidmətinin göstərilməsinə dair sertifikatlar, lisenziyalar
7. İstifadə olunan ərzaq məhsullarının uyğunluq sertifikatları
8. Həftəlik menyu
9. İsti (əsas yeməklər) və soyuq (salatlar) yeməklərinin adları və çəkisi
10. Şirniyyatlar, meyvələr, qazlı və qazsız içkilərin adları, miqdarı (həftədə neçə dəfə
veriləcəyinin qeyd edilməsi şərti ilə)
11. 1 nəfər üçün yemək xərci (ƏDV daxil və ya xaric göstərilməsi şərti ilə)
12. Yeməkxana bölümündə istifadə olunan gigiyenik məhsulların adları

OXŞAR XƏBƏRLƏR