YAP “The Guardian”dan təkzib TƏLƏB ETDİ

YAP “The Guardian”dan təkzib TƏLƏB ETDİ
 
"The Guardian” qəzetinin elektron saytında Erre Gálvezin müəllifi olduğu "Facebook bizim kimi ölkələrlə maraqlanmır": Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqalə dərc edilib.

YAP-dan Sfera.az-a verilən məlumata görə, məqalədə bütün məlumatlar birtərəfli, araşdırma və yoxlama aparılmadan, ittiham olunan tərəfin mövqeyi dinlənilmədən, balans qorunmadan dərc olunmuşdur. Çünki müəllif ancaq Azərbaycanda radikal müxalifətin nümayəndələrinə və müxalif "Azad söz” facebook səhifəsində aparılmış "araşdırmaya” istinad edib. Bununla da, məqalə müəllifi jurnalistikanın məsuliyyət, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərini pozub.

Məqalədə ədalətin pozulması, şəxsi mənfəət, tərəfkeşlik, qərəz, siyasi diskriminasiya, kompilyativ elementlər açıq şəkildə görünməkdədir. Müəllifin deyilən ittihamlara münasibət bildirməsi üçün Yeni Azərbaycan Partiyasına şərait yaratmaması, qeyri-peşəkar davranması, Azərbaycanın iqtidar partiyasının imicini bilərəkdən ləkələmək məqsədilə böhtan xarakterli informasiyaları dərc etməsi beynəlxalq jurnalistikanın etik normalarının, beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir.

"The Guardian” qəzetinin redaksiyasının diqqətinə çatdırırıq ki, Yeni Azərbaycan Partiyasının 760 mindən çox üzvü var. Bu üzvlərin 300 minə qədəri gənclərdir. YAP-ın bu qədər üzvünün olması partiyanın trol qrupları saxladığını deməyə əsas vermir. YAP-ın və partiya sədri Prezident İlham Əliyevin bu qədər partiya üzvləri tərəfindən dəstəklənməsinə trol adının verilməsi də siyasi və hüquqi məsuliyyət kəsb edir. Rəsmən bəyan edirik ki, "Azad söz” facebook səhifəsində 06.03.2021-ci il tarixində dərc olunmuş postda rəyləri əks olunan feyk səhifələrin də YAP-a aidiyyatı yoxdur. Biz ehtimal edirik ki, bu saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün müxalifət tərəfindən hazırlanıb. 

Digər tərəfdən, "Azad söz” facebook səhifəsində yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur.

Bildiririk ki, Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə də facebook üzərindən trol şəbəkəsini Azərbaycan Xalq Cəbhəsi Partiyası yaradıb. Bu gün ən böyük trol şəbəkəsinə məhz onlar sahibdirlər. Bu faktı AXCP sədri Əli Kərimlinin müavini olmuş, hazırda müxalif Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də təsdiqləyib. O, 2014-cü ildə mətbuat konfransında deyib ki, təkcə Əli Kərimli və onun müavinlərinin yüzlərlə "saxta facebook profillər”i var. AXCP-də partiya funksionerlərinə "facebook”da yüzlərlə saxta profil yaratmaq tapşırılıb: 

"Bəzilərinin 100-110 saxta profili var idi. "Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın rəyasət heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”.


ABŞ-da yaşayan müxalif jurnalist İsmayıl Cəlilovun, Sevinc Osmanqızının da etirafları var ki, AXCP trolları onları təhqir edir, hətta öldürəcəklərini, çökdürəcəklərini, bildirir, təhdid edilər.



AXCP-nin üzvü olmuş Qorxmaz Əliyev, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli, müxalif REAL Partiyasının sədri İlqar Məmmədov, Aydın Kərimov və başqaları da AXCP trollarının təhqirlərinə məruz qalıblar.



AXCP və Əli Kərimli trol qruplarından siyasi rəqiblərinə qarşı "mənəvi terror” silahı kimi istifadə edir.


AXCP-nin və Əli Kərimlinin şəxsi maraqlarına uyğun olmayan insanlar təhqir olunur, onların şəkilləri, videoları "Azadlıq” qəzetinin, AXCP, AXCP GK facebook səhifələrində paylaşılır və trollar vasitəsilə təhqir olunur. AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı "WhatsApp" qrupuna göndərdiyi səsyazısı da Əli Kərimlinin trol şəbəkəsini ifşa edir.


Bu linklərin hər biri AXCP-nin və Əli Kərimlinin böyük trol – "təhqir maşını”na sahib olduğunu isbatlayır. Bu baxımdan, hesab edirik ki, "The Guardian” qəzetinin YAP haqqında yazdığı böhtan, şər AXCP-nin və Əli Kərimlinin trol şəbəkəsini ifşa etdiyi üçün YAP-a qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsidir.

Bir sözlə, AXCP-nin trol fəaliyyətini ifşa edən faktlar çoxdur. "The Guardian” qəzeti obyektiv araşdırmalar aparmaqla dəqiq və düzgün qənaətə gələ bilər. Bu kontektsdə "The Guardian” qəzetinin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş məlumatları yoxlamadan, dəqiqləşdirmədən dərc etməsi beynəlxalq məhkəmə predmetinə çevrilməkdədir. Bu səbəbdən də, "The Guardian” qəzetinin rəhbərliyindən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yazılan birtərəfli, böhtan xarakterli məlumatlara görə beynəlxalq jurnalistikanın etik qaydalarına və beynəlxalq qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib çap olunsun.


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...