YAP müxalifətin son qalasını da ələ keçirir

YAP müxalifətin son qalasını da ələ keçirir
Hakim partiyanın "ağır artilleriyası” sosial şəbəkələrdə aktivləşir

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov facebook sosial şəbəkəsində öz adına səhifə açıb. Avqustun 21-də fəaliyyətə başlayan səhifədə Siyavuş Novruzov ilk statusunu da yazıb.

O, qeyd edib ki, müasir dövrdə sosial şəbəkələrin, sosial medianın və interaktiv ünsiyyətin rolu və həcmi durmadan artır: "Həyatımızın müxtəlif sahələrinə daxil olmuş bu vasitələr təbii ki, haradasa bizim də onlara uyğunlaşmağımızı tələb edir. Bu gündən bir partiya funksioneri, millət vəkili və siyasətçi kimi mən də sosial mediada olmağa qərar verdim. Hər zaman mətbuata, televiziyalara açıq və əlçatan olmuşam, mövqeyimi, inandığım dəyərləri və siyasəti çatdırmağa çalışmışam. İnanıram ki, facebook səhifəm də məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. Sizlərin hamınızı səhifəmdə salamlayıram. Ümid edirəm ki, səhifəm mənim olduğu qədər sizlər üçün də faydalı və maraqlı olacaq. Hər birinizə hörmət və ehtiramla...”

S.Novruzovun ikinci yazısı 23 avqustda birinci vitse-prezident Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşdığı yazıdır.

siyavuş novruzov ile ilgili görsel sonucu

S.Novruzov "Report”a açıqlamasında deyib ki, cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır. YAP rəsmisinin sözlərinə görə, facebook müzakirələrin aparılması üçün vasitədir: "Bəzi mətbuat orqanları təhrifə yol verir, özlərinə sərf edən hissəni dərc edirlər. Amma sosial şəbəkədə fikri aydın şəkildə ifadə etmək mümkündür”.

S.Novruzov bundan sonra mövqeyini daha çox sosial şəbəkə üzərindən ifadə edəcəyini qeyd edib: "Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”.

Qeyd edək ki, son iki ilə qədər iqtidar düşərgəsi, xüsusən də YAP funksionerləri sosial şəbəkədə aktiv istifadəçi deyildilər. Müxalifət düşərgəsi isə sosial şəbəkədə həddən artıq fəal idi. Müxalifət bu sahəni faktiki olaraq ələ keçirmişdi, sosial şəbəkələrdə güclü görünürdü. Belə rəylər də var idi ki, digər bütün sahələrdə müxalifətə qalib gələn, onu ram edən iqtidar düşərgəsi sosial şəbəkədə müxalifətə uduzur. Azərbaycanda daha populyar olan facebookda müxalifətçilər də məhz əsasən burada üstünlük təşkil edirlər. Bəzi ekspertlərin fikrincə, görünür, şəbəkədə müxalifyönümlü insanların aktiv təbliğat aparması hakim partiyanı narahat edib. Xüsusilə parlament seçkiləri yaxınlaşdıqca, bu məsələ hakim partiyanın hərəkətə keçməsi zərurətini yaradıb. Siyavuş Novruzovun facebookda səhifə açması hakim partiyanın bu məsələdə ciddi hərəkətlənmək qərarında olması sayıla bilər.

i Pənah Hüseyn ile ilgili görsel sonucu

Tanınmış müxalif siyasətçilər arasında aktiv facebook iştirakçılarından sayılan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn "Yeni Müsavat”a bildirdi ki, YAP-ın rəhbərliyinə daxil olan şəxslərin və hakimiyyət deputatlarının sosial şəbəkələrə qatılmasının bir sıra səbəbləri ola bilər: "Onlar müxalifət təmsilçilərinin sosial şəbəkələrdə daha aktiv olduğunun fərqinə varıblar. Eyni zamanda müxalifət təmsilçiləri ilə ”Yeni Müsavat"ın internet üzərindən yayınlanan canlı debatları uduzandan sonra sosial şəbəkədə virtual döyüşə girməyə çalışırlar. Bunun özü də bir işdir və müsbət qarşılanmalıdır. Üzbəüz canlı debatlardan çəkinirlər. Heç olmasa sosial şəbəkədə debatlara çıxarlar, insanların suallarını cavablandırarlar. Siyavuş Novruzovdan sonra hər halda, əksər YAP deputatları da facebooka qoşularlar.

Mən də sosial şəbəkəyə gec gələnlərdənəm. Lakin indi hər gün burada fikirlərimi yazıram, məlumatları paylaşıram. Ümumiyyətlə, artıq təkcə Azərbaycanda deyil, bütün dünyada siyasətçilər sosial şəbəkələrdən istifadə edirlər. Deyilənə görə, hələlik Roma Papası və Vladimir Putin sosial şəbəkədə deyillər. Donald Tramp isə sanki ölkəyə rəhbərliyi twitter vasitəsilə həyata keçirir. Yəni dediyim odur ki, müasir dünyada informasiya texnologiyalarının rolu danılmazdır və getdikcə artacaq. Geriyə qayıdış çətin ki, olsun. Son dövrlər youtube üzərindən internet televizyaları da açılır və populyarlaşır. Bu internet televiziyalarından müxtəlif cür istifadə edənlər var. Yəni bu proses də gedir. Hökumət yəqin ki, bunu da izləyir və sosial şəbəkələrdə hakimiyyət təmsilçilərinin iştirakı, aktivləşməsi vacib hesab edilib".

P.Hüseyn onu da dedi ki, proseslərə sosial şəbəkələrdəki "döyüşlər”in də təsiri olacaq. 


OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...