YAP koronavirusa qarşı mübarizəyə qoşuldu

YAP koronavirusa qarşı mübarizəyə qoşuldu
 

Dünyanı ciddi təşvişə salan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə Azərbaycan hökumətinin fəaliyyətində ön plana çıxıb.

Yeni Azərbaycan Partiyasından (YAP) Sfera.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabinetinin yanında yaradılmış Operativ qərargah koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli fəaliyyət göstərir. 

"Epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır, virusa yoluxma hallarının qarşısının alınması, zəruri profilaktik tədbirlərin görülməsi ilə əlaqədar vacib addımlar atılır, əhaliyə lazımi məlumat və tövsiyələr verilir. Təcrübə göstərir ki, bütün cəmiyyət və ayrılıqda hər bir vətəndaş virusa yoluxmaların qarşısının alınmasında mühüm rol oynaya bilər və oynamalıdır. Bununla əlaqədar olaraq, Yeni Azərbaycan Partiyası özünün çoxsaylı üzvlərinin təkliflərini nəzərə alaraq koronavirus xəstəliyinə qarşı mübarizədə ehtiyacı olan vətəndaşlara Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tövsiyələrinin yerinə yetirilməsi işində mümkün köməkliyin göstərilməsi, zəruri məlumatların çatdırılması, maarifləndirmə işlərinin aparılması məqsədilə təşkilatın bütün strukturlarını səfərbər edib", - məlumatda bildirilib.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının gəncləri sosial şəbəkələr üzərindən Operativ Qərargahın tövsiyələrinin əhali arasında yayılmasına köməklik göstərmək məqsədilə aksiyalar təşkil etməyi qərara alıb.


OXŞAR XƏBƏRLƏR

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...