Prezident YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB
11:20 / 05.03.2021
786
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı davam edir.
Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
09:57
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı başlayıb.
Sfera.az-ın məlumatına görə, qurultayda partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci il fevralın 8-də keçirilib.