YAP-ın sirr kimi saxladığı namizədlər siyahısı - Son açıqlama

YAP-ın sirr kimi saxladığı namizədlər siyahısı - Son açıqlama
Bu gün 3 siyasi partiya 2020-ci ilin fevralın 9-da ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı qərarlarını verib və seçkilərə qatılacağını bəyan ediblər.

Əsas maraq doğuran məsələ isə siyasi arenada xüsus diqqət çəkən Yeni Azərbaycan Partiyasının (YAP) seçkilərlə bağlı siyahısıdır.

Hakim partiyanın siyahısında kimlər təqdim olunacaq və cəmiyyətə nə zaman açıqlanacağı hər kəs üçün maraqlıdır.

Sfera.az xəbər verir ki, cəmiyyəti maraqlandıran sualın cavabını öyrənmək üçün Modern.az saytının əməkdaşı YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovla əlaqə saxlayıb. YAP rəsmisi Siyavuş Novruzov bildirib ki, partiyanın siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq və mətbuat bununla o zaman tanış olacaq.

YAP-ın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə qeyd edib ki, seçkilərin vaxtı yeni yeni başlayıb:

"Seçki Məcəlləsinin müəyyən etdiyi vaxt təzə başlayıb. Zamanında siyahı elan olunacaq”.

Qeyd edək ki, YAP-dakı mənbələrdən sayta bildirilib ki, 2 gün ərzində partiyanın parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında ÇIXIŞ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.   Sfera.az x...

Çin Rusiyaya maşın və avadanlıq ixracını azaldır – SƏBƏB

2024-cü ilin martında Çin Rusiyaya maşın, avadanlıq (o cümlədən elektrik avadanlığı), mexanizmlər, onların hissələri və aksesuarlarının birbaşa tədarükünü ...

Dövlət başçısı: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin. Eyni zamanda, bu, bizim fikirlərimizi söyləmək üçün fürsət o...

İlham Əliyev: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var"

Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbayca...