“YAP-dakı yeni kadrlar bu səhvləri təkrar etməyəcək” – Deputat

“YAP-dakı yeni kadrlar bu səhvləri təkrar etməyəcək” – Deputat
"YAP hakim partiya olaraq ölkədə gedən islahatlar prosesində birbaşa iştirak edir. Elə bir sahə yoxdur ki, islahatlar onu əhatə etməsin. YAP bu islahatların episentrində olan siyasi qüvvədir”.

Bu sözləri Sfera.az-a Milli Məclisin deputatı Elman Nəsirov Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bir neçə gün əvvəl keçirilmiş iclasında Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlərin təyin edilməsi haqda danışarkən deyib.
 
E.Nəsirov YAP-da həyata keçirilən təyinatları yüksək qiymətləndirdiyini bildirib: "Bildiyiniz kimi, partiyada struktur dəyişiklikləri oldu. Yeni şöbələr yaradıldı. Partiyanın rəhbərliyinə müsbət reputasiyaya malik yeni şəxslər cəlb edilib. Ən başlıcası məsələn, əvvəllər rayon icra başçısının müavini olan şəxs həm də YAP-ın rayon təşkilatının sədri vəzifəsində işləyə bilirdi. Bu isə işin keyfiyyətinə müəyyən mənada təsir edirdi.

Bu gün partiyada gənc, savadlı, bilikli, vətənpərvər, müasir texnologiyalarla işləməyi bacaran, xarici dilləri bilən, ən əsası, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə almış şəxslər vəzifələrə gətirilir. Deyə bilərəm ki, partiya daxilində onlara böyük etimad göstərilir”.
 
Deputat YAP-da irəli çəkilən yeni kadrların vaxtilə özünü təsdiqləyə bilməyən şəxslərin səhvlərindən ibrət alacağını qeyd edib:

"Partiyanın Nizamnaməsinə uyğun olaraq, ciddi dəyişikliklərin əsası qoyulub. Belə ki, bundan sonra rayon təşkilatlarının sədrləri yalnız bir vəzifə tuta bilərlər. Yəni, YAP-dan olan bir deputat rayon təşkilatının sədridirsə, o sədr vəzifəsindən getməlidir. Ona görə də, Bakı şəhəri üzrə rayon təşkilatlarının deputat sədrləri artıq həmin vəzifədən gediblər”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...

Almaniya prezidenti Türkiyəyə gedir – RƏSMİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya pr...

Sülhməramlılar Azərbaycanı tərk etdi - VİDEO

Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.    Sfera.az bu barədə Musavat.com-a istinadən xə...