“YAP-dakı yeni kadrlar bu səhvləri təkrar etməyəcək” – Deputat

“YAP-dakı yeni kadrlar bu səhvləri təkrar etməyəcək” – Deputat
"YAP hakim partiya olaraq ölkədə gedən islahatlar prosesində birbaşa iştirak edir. Elə bir sahə yoxdur ki, islahatlar onu əhatə etməsin. YAP bu islahatların episentrində olan siyasi qüvvədir”.

Bu sözləri Sfera.az-a Milli Məclisin deputatı Elman Nəsirov Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bir neçə gün əvvəl keçirilmiş iclasında Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlərin təyin edilməsi haqda danışarkən deyib.
 
E.Nəsirov YAP-da həyata keçirilən təyinatları yüksək qiymətləndirdiyini bildirib: "Bildiyiniz kimi, partiyada struktur dəyişiklikləri oldu. Yeni şöbələr yaradıldı. Partiyanın rəhbərliyinə müsbət reputasiyaya malik yeni şəxslər cəlb edilib. Ən başlıcası məsələn, əvvəllər rayon icra başçısının müavini olan şəxs həm də YAP-ın rayon təşkilatının sədri vəzifəsində işləyə bilirdi. Bu isə işin keyfiyyətinə müəyyən mənada təsir edirdi.

Bu gün partiyada gənc, savadlı, bilikli, vətənpərvər, müasir texnologiyalarla işləməyi bacaran, xarici dilləri bilən, ən əsası, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə almış şəxslər vəzifələrə gətirilir. Deyə bilərəm ki, partiya daxilində onlara böyük etimad göstərilir”.
 
Deputat YAP-da irəli çəkilən yeni kadrların vaxtilə özünü təsdiqləyə bilməyən şəxslərin səhvlərindən ibrət alacağını qeyd edib:

"Partiyanın Nizamnaməsinə uyğun olaraq, ciddi dəyişikliklərin əsası qoyulub. Belə ki, bundan sonra rayon təşkilatlarının sədrləri yalnız bir vəzifə tuta bilərlər. Yəni, YAP-dan olan bir deputat rayon təşkilatının sədridirsə, o sədr vəzifəsindən getməlidir. Ona görə də, Bakı şəhəri üzrə rayon təşkilatlarının deputat sədrləri artıq həmin vəzifədən gediblər”.
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Rəsmi Bakı həmsədrlərə ikinci şans verdi: Bu görüşdə iştirak etməsəydilər...” - ŞƏRH

"Həmsədrlər axır ki, arzularına çatdılar. Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrı, eləcə də birgə görüşlə...

İranın Bakıdakı səfiri Qarabağa daşınan yüklərdən və sərhəddəki təlimdən DANIŞDI

"Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə ik...

“Paşinyan Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır" - Kremlin moderatorluğundan kənarda nə baş verir?

"Bu gün Ermənistan parlamentində növbədənkənar iclas keçirilir və gündəlikdə cəmi iki məsələ var: Ermənistanın yeni inzibati-ərazi bölgüsü və yerli özünüidarəet...

Prezident üçtərəfli bəyanat imzalanmazdan əvvəl Putinlə danışıqlarının DETALLARINI AÇIQLADI

"Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O sor...

Azərbaycan “Taliban”ın kömək çağırışına müsbət cavab verəcəkmi? – Şərh

Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid "Taliban” hökumətinin BMT-də yer almaq üçün dost ölkələrdən k...

Laçın dəhlizində sərhəd buraxılış məntəqəsi yaradılacaq - Deputat

Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri Rusiya hərbçilərinin Şuşaya yollanan UAZ markalı maşınlarında axtarış-nəzarət tədbiri həyata keçiriblər.   ...