Yanvarın 1-dən bütün pensiyalar artırılacaq - ŞAD XƏBƏR

Yanvarın 1-dən bütün pensiyalar  artırılacaq - ŞAD XƏBƏR
 

Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.

Sfera.az xəbər verir ki, bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu artımın 13-14 faizə yaxın olacağı gözlənilir: "Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər - təxminən 13-14 faizə yaxın artırılacaq. Bu, bütün pensiyalara, o cümlədən minimum pensiayalara şamil olunacaq”.

A.Kərimov əlavə edib ki, artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir:

 

"Artıq minimum pensiyaların məbləğini təqribən 72 faiz artıraraq 200 manata çatdırmışıq. Biz gözləyirik ki, indeksləşdirilmə nəticəsində baş verəcək artımdan sonra pensiyaların minimal məbləği 230 manata yaxın olacaq. Prezident İlham Əliyevin də tapşırığı var ki, əhalinin sosial təminatı gücləndirilməli, sosial rifah yaxşılaşdırılmalıdır. Buna görə də hazırda pensiyaların minimal məbləğinin artırılması nəzərdən keçirilir”. (Trend.az)


OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...