Yanvarın 1-də hava dumanlı olacaq
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturugecə 5-8° isti, gündüz10-14° isti, Bakıdagecə 5-7° isti, gündüz11-13° isti olacaq.
Atmosfertəzyiqi normadan yüksək 761 mmcivə sütunu təşkil edəcək. Nisbi rütubət70-80% olacaq.
Yanvarın 1-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında Daşkəsən-Gədəbəy zonasında yağıntılı olacağı ehtimalı var.Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturugecə 2-7° isti, gündüz9-14°isti, dağlarda gecə 0-5° şaxta, gündüz2-7° isti olacaq.