Yanğınlarla mübarizə aparan Türkiyəyə Azərbaycan necə yardım edəcək? - Deputatlardan TƏKLİF

Yanğınlarla mübarizə aparan Türkiyəyə Azərbaycan necə yardım edəcək? - Deputatlardan TƏKLİF
Türkiyənin Manavqat bölgəsində başlayan meşə yanğınları davam edir. Hazırda yanğın hadisələrindən 20-nin söndürülməsi istiqamətində işlər aparılır, 43 yanğın ocağı nəzarətə alınıb. 
 
Maraqlıdır, Azərbaycan qardaş ölkənin yanında hansı formada yer ala bilər?

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Azər Badamov Türkiyədə meşə yanğınlarının baş alıb getməsinə təəssüfləndiyini vurğulayıb:



"Təbii ki, yanğınlar Türkiyənin meşə təsərrüfatına, ekologiyaya, insanlara böyük ziyanla nəticələnir. Biz qardaş ölkə olaraq kədərlənirik, baş verən hadisələrdə dünyasını dəyişmiş insanların yaxınlarına da başsağlığı veririk. Azərbaycan hər zaman Türkiyənin yanındadır, biz bir millət, iki dövlətik. Türkiyənin acısı acımız, sevinci sevincimizdir. Bu baxımdan indiki halda qardaş ölkənin Azərbaycanın yardımına ehtiyacı varsa, hər formada, o cümlədən yanğınsöndürənlərlə və ya ümumiyyətlə bütün imkanlarla biz dəstək verməyə hazırıq. 

Bununla bağlı hökumətlərarası razılaşma olmalıdır. Düşünürəm ki, Azərbaycan yanğınsöndürmə proseslərində də iştirak edə bilər. Yəni Azərbaycan öz yardım təklifini edib, əgər Türkiyənin fəlakətin qarşısını almağa gücü yetərli deyilsə, biz əlbəttə, onların yanında olacağıq”.
 

Millət vəkili Aydın Mirzəzadə saytımıza danışarkən bildirib ki, Azərbaycan- Türkiyə münasibətlərinin dərinliyini və genişliyini nəzərə alaraq, hər bir formada qardaş ölkənin yanında olmalıyıq:

"Bu gün meşə yanğınları ilə bağlı problemin həllində hesab edirəm ki, Azərbaycan Türkiyəyə maksimum yardım göstərəcək. Hər halda, Türkiyə hökuməti yanğınların səbəbi ilə əlaqəli qənaətini bölüşəcək. İstədiyimiz ondan ibarətdir ki, yanğınlar tezliklə söndürülsün və Türkiyə bu bəladan qurtarsın”.


Deputat Fazil Mustafa isə Türkiyədəki yanğınların can və mal itkisinə səbəb olduğunu xatırladıb:

"Bunu mənfur PKK-nın törətdiyi şübhələri ciddidir. Bilmirəm necə yardım edə bilərik? Əgər yanğından zərər çəkənlərə maddi dəstək vermək düşünülərsə, açılan hesaba imkanı çatanlarımız gücü yetən dəstəyi verməlidirlər. Allah ölənlərə rəhmət etsin, zərərçəkmiş insanlara da səbr versin! Türkiyə dövləti ilə, xalqı ilə hər zaman güclüdür. Bu sınaqdan da salamat çıxacaqlar. Dualarımız Türkiyə ilədir, qardaşlarımızladır”.

Qeyd edək ki, yanğın zamanı ölənlərin sayı 4 nəfərdir. Türkiyənin Manisa əyalətində meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən PKK terror təşkilatının iki üzvü saxlanılıb. Həmin şəxslərin Suriya əsilli qardaşlar olduğu deyilir.

Baş verən hadisələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Günay Rəsulqızı
Sfera.az
 




Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiya MN-nin paylaşdığı yeni xəritə nəyə işarədir? – “Delimitasiya zamanı bu ərazilər də Azərbaycana VERİLƏCƏK”

"Uzun zamandan sonra Rusiya Müdafiə Nazirliyi fərqli bir xəritə yayımlayıb. Bu xəritədə "Dağlıq Qarabağ" sərhədləri silinib və Azərbaycan ərazisinə daxil edilib...

Hərbçilərimiz Amaras monastrından qondarma bayrağı sökdürdü

Azərbaycan hərbçilərinin təkidi ilə Xocavənd rayonunda yerləşən Maçkalaşen kəndindəki Amaras monastrının üzərindən qondarma qurumun bayrağı yığışdırılıb. ...

"Ordumuz Xocavənd rayonu istiqamətində irəliləyib" - Bayraq krizi dərinləşir

"Azərbaycan Ordusunun separatçıların bayrağının Amaras monastır kompleksindən çıxarılmasını tələb etməsi və Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandı...

Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçıları görüşəcək

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib. ...

Hərbçilərimiz Şuşaya girmək istəyən sülhməramlı maşınını saxladı

Bu yaxınlarda Azərbaycan hərbçiləri Şuşaya girən rus "UAZ” maşınını dayandırıb. Sfera.az  xəbər verir ki, Azərbaycan tərəfinin maşında yoxlama aparar...

Rus sülhməramlılar üçtərəfli bəyanatı pozdu - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 9/10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatı pozublar...