Yanaşı xəstəliyi olmayanlar niyə ölür? – Koronavirus “qabıq dəyişir”...

Yanaşı xəstəliyi olmayanlar niyə ölür? – Koronavirus “qabıq dəyişir”...
Son vaxtlar koronavirusa yoluxan sağlam şəxslərin də dünyasını dəyişməsi kimi hallarla rastlaşırıq. Belə ki, əvvəl COVID-19-a yoluxan və yanaşı xəstəliyi olan şəxslərdə ağırlaşma və ölüm hallarının müşahidə olunduğu bildirilsə də, hazırda bu vəziyyət sual doğurmaqda davam edir.

Maraqlıdır, koronavirusa yoluxan və yanaşı xəstəliyi olmayan şəxslərin dünyasını dəyişməsinə səbəb nədir?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan daxili xəstəliklər uzmanı Həbib Sahratov koronavirusa yoluxan şəxslərdə ölüm hallarının olmasının müalicə üsulu ilə əlaqədar olduğunu deyib:

"Xroniki xəstəliyi olan insanların koronavirusa yoluxarkən ölmə ehtimalları məlum olduğu kimi daha yüksəkdir. Lakin sağlam şəxs də koronavirusa yoluxsa, ölə bilir. Belə ki, virusa yoluxan şəxs vaxtında xəstəliyə müdaxilə etmir, heç bir müalicə qəbul etmir və beləlikə ağırlaşma baş verir. Ağırlaşma olduqdan sonra edilən müdaxilələr yetərsiz qalır. Əgər insan koronavirusa yoluxursa, mütləq şəkildə müalicə almalıdır".
 
Həkimin sözlərinə görə, ölüm hallarının olması koronavirusun ağciyərə daha çox nüfuz etməsi ilə bağlıdır:
 
"Bəzən koronavirusa yoluxan şəxslər düzgün müalicə üsulu seçmir ki, bu da vəziyyətin pisləşməsinə gətirib çıxarır. Xəstəliyə yoluxan şəxs mütləq şəkildə müayinə olunmalı, ağciyərə xəstəliyin təsir gücü öyrənilməlidir. Bəzən ağciyərin böyük hissəsində koronavirusa görə zədələnmə olur ki, bunun da qarşısını heç bir müalicə ilə ala bilmirik və xəstəni itiririk".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...