No Image
No Image

Yanacağın bahalaşması hansı avtomobillləri ucuzlaşdıracaq? - Ekspertlər şərh edir

Yanacağın bahalaşması hansı avtomobillləri ucuzlaşdıracaq? - Ekspertlər şərh edir

2021-ci ilin yanvarın 5-dən Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması avtomobil bazarına, buradakı qiymətlərə təsir imkanına sahibdir. Çünki bazarda olan avtomobillərin 99 faizi benzin və dizellə çalışır.


Son məlumatlara əsasən ölkəmizdə olan minik avtomobillərinin 90,5 faizi benzin, 8,8 faizi dizel, 0,76 faizi qazla işləyən mühərriklə təchiz edilib. 2013-cü ildən indiyə qədər benzinlə işləyən avtomobillərin sayının dizellə işləyən avtomobillərə nisbətən daha sürətlə artması müşahidə olunub. Ötən dövrdə benzinlə çalışan avtomobillərin sayı 16 faizdən çox, dizellə işləyən avtomobillərin sayı isə 1,8 faiz artıb.

Yanacaq növünə görə sayı sürətlə artan avtomobillər arasında qazla işləyən maşınlar xüsusən seçilir. Onların sayı bir neçə ildə sürətlə artaraq 10 min ədədə yüksəlib. Alternativ yanacaq sistemi ilə işləyən avtomobillər arasında hibrid (benzin və elektrik) və elektrik avtomobilləri də çoxdur. 2020-ci ilin 11 ayı ərzində ölkəmizə 4486 ədəd hibrid, 146 ədəd elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Yanacağın bahalaşmasının avtomobil bazarına təsir imkanlarını Sfera.az-a şərh edən "Əmlak Ekspert Mərkəzi” MMC-nin direktoru Ramil Osmanlı bildirdi ki, yanacağın bahalaşması avtomobil bazarında ciddi dəyişiklik yaratmayacaq. O söylədi ki, yanacağın bahalaşması benzin mühərriki ilə çalışan avtomobillərin qiymətinə təsir etməsə də dizellə çalışan avtomobilləri ucuzlaşdırıb.

"Mühərrik həcmi 3 min sm3 və daha böyük olan avtomobillərdə 3-4 faiz, ucuz avtomobillərdə 500-1000 manat ucuzlaşma var”, - deyən R.Osmanlı qeyd etdi ki, hibrid və elektrik avtomobillərin qiymətində hər hansı dəyişiklik müşahidə olunmur.

Ekspert avtomobil bazarında passivliyin yarandığını, tələbin xeyli zəiflədiyini də bildirdi: "2019 və 2020-ci illərdə idxalın sayı 50 min ədəddən aşağıdır. Bu, 2013-2014-cü ildə qeydə alınan göstəricidən 2 dəfə aşağıdır. Bunun səbəbi avtomobil bazarındakı tələbin zəifliyidir.

İdxal olunan avtonəqliyyat vasitələrinin 80-85 faizi minik avtomobili olduğu halda, hazırda 70 faizi minik avtomobilidir.
 
Son illərdə avtomobil idxalı ilə bağlı tələblərin sərtləşdirilməsi avtomobil idxalını azaltmaqla bərabər avtomobil parkının yenilənməsini çətinləşdirir. Buna görə də yeni avtomobillərin idxalı ilə bağlı liberallaşdırma aparılmalıdır”.

"Sevara Group” şirkətinin baş direktoru Rəşad Quliyev hal-hazırda avtomobil bazarının ən ağır dönəmini yaşadığını dedi. O belə bir vəziyyətdə yanacağın bahalaşmasının bazarda fəallığı daha da zəiflədəcəyini düşünür:
 
"Pandemiya səbəbindən alqı-satqı kifayət qədər azalıb və alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Yanacağın qiymətinin artırılması təbii ki, satış bazarına öz təsirini göstərir. Ən çox tələbat dizel mühərrikli avtomobillərə olduğu üçün süni qiymət artımının məhz bu kimi yanacaqla işləyən avtomobillərdə biruzə verəcəyini güman edirik. Amma bunu ciddi təsir kimi ifadə etmək olmaz. Çünki alıcı həmişə öz cibinə görə alış edir. Son illərdə diqqət həmişə yanacaq sərfiyyatı az olan modellərə yönəlib.

 

Avtomobil bazarında qiymət dəyişikliyinə əsas ciddi təsiri idxal göstərir. Belə ki, pandemiyaya görə sərhəd keçid məntəqələri bağlı olsa da, yük daşımalar üçün açıqdır. Dolayısı ilə Avropadan xeyli sayda avtomobil yük kimi idxal edilir. Avronunun məzənnəsinin yüksəlməsi və tətbiq edilən yüksək gömrük rüsumu nəticəsində xaricdən idxal edilən avtomobillərin qiyməti hər gün yüksəlir.

 

Hazırda ən çox maraq mühərrik həcmi 1500 sm3 qədər olan avtomobillərədir. Belə ki gömrük dəyəri təxminən 3500 dollar olan 1500 sm3 mühərrikli bir avtomobilin gömrük idxal rüsumu 4000 manat olduğu halda (ədv və aksiz vergisi daxil) 1600 sm3 6500 manat, 2 000 sm3 9000 manat və s. arası dəyişir. Bu isə avtomobil bazarında öz sözünü ciddi şəkildə deyir”.

Vasif
Sfera.az

 

 

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Xüsusi iqtisadi zonaların idarə edilməsi daha elastik olacaq” - Yeni yaradılan Agentliklə bağlı ŞƏRH

"Məsələlərin həllində idarəetmənin bir mərkəzdən həyata keçirilməsi olduqca önəmlidir. Belə olduqda vahid çərçivədə bütün məsələlər qoyulur və həllini tapır. Va...

Azərbaycanda fevralın 1-dən məktəblər açılır - QƏRAR

Baş nazir Əli Əsədov "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə ...

Azərbaycan və Türkmənistan Xəzərdəki mübahisəli neft yatağı ilə bağlı MEMORANDUM İMZALADI

21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində ...

Devalvasiyanın ayaq səsləri, yoxsa... - Banklar dollar satışını niyə günortaya qədər həyata keçirir?

2020-ci ilin yanvarında əhali yenidən nağd dollar alışını artırıb. Bu ayda valyuta hərraclarının sayının artması və hərraclarda 400 milyon dollardan artıq val...

Ən çox bahalaşma Azərbaycanın bu rayonlarında qeydə alınıb – SİYAHI

Ən çox bahalaşma Siyəzəndə, ən az bahalaşma Naxçıvanda olub. 2020-ci ildə Azərbaycanda 2,8 faiz bahalaşma qeydə alınsa da qiymət artımları rayonlar üzrə f...

“Distant təhsil Azərbaycanda özünü doğrultmadı” – Təhsil eksperti səbəbləri sadaladı

"Distant təhsil Azərbaycanda özünü doğrultmadı, xüsusən də ibtidai siniflər və texniki fənlərlə bağlı çoxsaylı problemlər müşahidə etdik”. Bu sözləri ...