“Yağışlı hava yoluxmanı artıracaq” – İnfeksionist
17:20 / 30.09.2021
1802
Virusun hava-damcı yolu ilə yayıldığını nəzərə alsaq payız aylarında yoluxma riskinin yüksək olacağını proqnozlaşdırmaq olar.
Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur və yağışlı havanın yoluxma sayına hansısa
formada təsiri ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist
Nicat Əzimli yağışlı havaların koronavirusa yoluxma sayını artıra biləcəyini təsdiqləyib:
"Havada
su partikullarının təbii və ya süni şəkildə artması istənilən halda yoluxma ehtimalını artırır. Çünki
hava- damcı viruslarında əsas daşıyıcı həmin bu partikullardır. Xüsusilə,
mövsümlə əlaqədar olaraq havanın soyuması insanların qapalı mühitlərdə çox
olmasına, pəncərələri bağlamaqla otağının aerasiyasının azaldılmasına səbəb
olur. Bu özü də digər bir faktordur".
İnfeksionist payız aylarında infeksion xəstəliklərin
artacağını proqnozlaşdırır:
Əzizə Zeynal
Sfera.az