Azad Rəhimov yaddaşlarda səmimi nazir kimi qalacaq - DOSYE

Azad Rəhimov yaddaşlarda səmimi nazir kimi qalacaq - DOSYE
Xəbər verdiyimiz kimi, ABŞ-da müalicə olunan İdman və gənclər naziri Azad Rəhimov dünyasını dəyişib.
 
Sfera.az xatırladır ki, uzun müddətdir, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazirin 57 yaşı vardı.

Dosye: Azad Rəhimov 1981-86-cı illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb. 1986-1987-ci illərdə hərbi xidmət keçən gələcək nazir 1987-1989-cu illərdə Bakı şəhəri Xətai rayon Komsomol Komitəsinin katibi işləyib. Daha sonra iki il Xətai rayon Komsomol Komitəsinin 1-ci katibi vəzifəsini tutub. 1990-1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri postunu tutmuş A.Rəhimov sonrakı fəaliyyətini biznes sahəsində qurub. O, 1994-1998-ci illərdə "Ros-İmesko" MMC-nin baş direktoru, 1998-2006-cı illərdə isə "İtaldizayn" QTSC-nin baş direktoru işləyib. 2006-cı ildə ölkə başçısının sərəncamı ilə Azad Rəhimov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunub.
 
Rəhimov 15  il idi ki, nazir postunu tuturdu. Bu müddət ərzində o, Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında, ölkəmizdə idmanın tərəqqisində mühüm rol oynayıb desək, yanılmarıq. Belə ki, ölkə başçısının da fərman və sərəncamları ilə nazir Azad Rəhimov gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı önəmli tədbirlərin keçirilməsi, müəyyən addımların atılması istiqamətində işlər görüb.

İdmanın inkişafındakı rolu
 
Ölkəmizdə idmanın inkişafı və gənclərlə iş sahəsində çoxşaxəli fəaliyyət həyata keçirən, bu sahədə dövlət siyasətinin reallaşmasında vacib rol oynayan Rəhimovun uğurlu fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Təsadüfi deyil ki, iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi barədə Sərəncam imzalayıb və həmin şəxslər arasında Azad Rəhimov da yer alıb. Sərəncama əsasən, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxs orden və medallara layiq görülüb. Gənclər və idman naziri Azad Rəhimov isə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Rəhimovun nazir postunu tutduğu dövrdə icra edilən dövlət proqramlarını da xüsusilə qeyd etmək lazımdır. Bu proqramların hər biri müxtəlif sahələri əhatə edirdi. Məsələn, 2007-ci il "gənclər ili”, 2020-ci il isə "könüllülər ili” elan olundu. Bu da o deməkdir ki, nazirin fəaliyyət göstərdiyi müddətdə gənclər hər zaman diqqət mərkəzində olub.

Yaddaşlarda səmimi nazir kimi qalacaq

O cümlədən Bakıda keçirilən Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, şahmat olimpiadası və bu kimi digər tədbirləri də vurğulamaq olar. Məhz bunların nəticəsidir ki, 15 il müddətində idmana xüsusi diqqət və qayğı olub.
 
Bəllidir ki, Azərbaycanda yüksək vəzifələr tutan məmurlarla bağlı tez-tez mediada məlumatlar yayılır - kimisi haqda yaxşı, kimisi haqda xoş olmayan şeylər danışılır. Azad Rəhimov isə səmimi məmurlardan biri olaraq yadda qalıb. O hər zaman gənclərlə birbaşa ünsiyyətdə olub, problemlərini, şikayətlərini dinləyib.
 
Sfera.az olaraq mərhumun yaxınlarına baş sağlığı veririk.

OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublik...

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin ...

İran İsraili İTTİHAM ETDİ: "Qəzzada müharibə cinayətləri törədir"

İranın Xarici İşlər Nazirliyi Qəzzadakı müharibəni pisləyib.   Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi X hesabında məsələ ilə bağlı bəzi...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...