"Ya vaksinin 3-cü dozası vurulmalıdır, ya da hər il..."- “Pfizer”dən təşvişə salan AÇIQLAMA

Almaniyanın "BioNTech” şirkəti ilə birlikdə COVID-19 əleyhinə peyvənd istehsal edən ABŞ-ın əczaçılıq şirkəti "Pfizer” koronavirusla bağlı vacib açıqlama yayımlayıb. 
 
Sfera.az xəbər verir ki, şirkətin açıqlamasına görə insanlar ən gec 12 ay ərzində vaksinin 3-cü dozasını vurdurmalı, ya da hər il nizamlı olaraq vaksinasiya olunmalıdırlar. Şirkət iddia edir ki, bu üsulla koronavirusun dünyanın müxtəlif yerlərində ortaya çıxan növlərinə qarşı effektiv mübarizə aparmaq olacaq.

"Pfizer” şirkətinin baş icraçı direktoru Albert Bourla koronavirusa həssas ola biləcək insanların immunitet qazanmasının lazım olduğunu bildirib. 

"Ehtimal olunan ssenariyə əsasən 6-12 ay intervalında peyvəndin üçüncü dozasına ehtiyac duyulacaq və ya insanların hər il peyvəndlənməsi lazım olacaq. Lakin bu tətbiqetmənin təsdiqlənməsi mühümdür. Virusun mutasiyaya uğraması və yeni variantlarının ortaya çıxması bu məsələnin gündəmə gətirilməsində ən böyük amildir”, - deyə şirkət direktoru diqqətə çatdırıb.

Əzizə
Sfera.az


OXŞAR XƏBƏRLƏR