“Heç kəsin ağlına gəlməzdi ki, biz Şuşanı bıçaqla almağı düşünürük” – Əlbəyaxa döyüşlərin inanılmaz TƏFƏRRÜATI

“Heç kəsin ağlına gəlməzdi ki, biz Şuşanı bıçaqla almağı düşünürük” – Əlbəyaxa döyüşlərin inanılmaz TƏFƏRRÜATI
Kəşfiyyatçı, qazi Alik Məmmədov Şuşa uğrunda gedən döyüşlərin hamı üçün maraqlı olan detallarını açıqlayıb. 

Sfera.az xəbər verir ki, kəşfiyyatçı Şuşa qayalarına çıxaraq düşmənə gözlənilməz zərbə vurduqlarını diqqətə çatdırıb:

"14 saat kəşfiyyatdan sonra, təxminən yarım metr qalınlığında qarla Şuşa qayalarına kanatla qalxmalı olduq. 400 nəfərlik bir heyətlə qayaya dırmaşmalı idik. Üstümüzdə bıçaq, tapança, limonka var idi. Bizi nə gözlədiyini bilirdik. 500 erməni döyüşçüsünün şəhərin biz hücum edən tərəfində olduğu məlumatını əldə eləmişdik. 

Düşmən bizim bu istiqamətdən gələcəyimizdən xəbərsiz idi.

Ən az qüvvə biz qalxdığımız istiqamətdə idi. O biri mövqelərdə ağır artilleriya və canlı qüvvə sayı buradakından azı üç dəfə çox idi. Çünki onlar bizim qayadan yox, normal yollardan hücum edəcəyimizi gözləyirdilər. Kimsənin ağlına gətirməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik”.

O qeyd edib ki, Şuşa qələbəsində general Hikmət Mirzəyevin böyük rolu olub:

"Generalımızın (Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün kordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxminən 40-a yaxın ermənini bıçaqla məhv elədim. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan öz əsgərlərini vururdular. Çünki onların formasında biz də ola bilərdik”. 

A.Məmmədov vurğulayıb ki, düşmənin 1 illik müdafiə üçün belə kifayət qədər qüvvə topladığı Şuşa şəhidlərimizin qanı bahasına bir neçə saata alınıb:

"Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı”.

Jalə Mehdi
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...