Xüsusi təhsil müəssisələrində işləmək istəyənlərin nəzərinə!

Xüsusi təhsil müəssisələrində işləmək istəyənlərin nəzərinə!
Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən Sfera.az-a verilən məlumata görə, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr 16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçiriləcək.

Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 80 namizəd seçilib və onlar müsahibəyə dəvət edilib.

Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidənhazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur.

Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki "Təhsil haqqında məlumatlar" bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.

Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, vakansiya seçimi 7-9 sentyabr tarixlərində həyata keçirilib və seçimlərdə 2138 namizəd iştirak edib.

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...