Xüsusi karantin rejimi - Hansı qadağa və məhdudiyyətlər var? - Video

Xüsusi karantin rejimi - Hansı qadağa və məhdudiyyətlər var? - Video

Koronavirus pandemiyası bütün dünyanı demək olar ki, cənginə alıb. Koronavirusun ölkəmizdə kütləvi yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə ölkəmizdə xüsusi karantin rejimi tətbiq edildi.

 

 

Karantin italyan sözü olub mənası 40 gün deməkdir. Tarixdə ilk dəfə karantin İtaliyada xaricdən gələn gəmilər üçün taun əleyhinə tətbiq edilib. Belə ki, gəmilər limanda 40 gün karantində saxlandıqdan sonra yüklərin ölkəyə buraxılmasına icazə verilib.

Ötən gündən Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən tətbiq edilən karantin rejiminin əsas məqsədi insanları evə təcrid etmək və xəstəliklərdən uzaq tutmaqdır.

Karantin rejimi epidemiya əleyhinə tədbirlər və bu tədbirləri nizamlayan kompleks sistemdir ki, burda məhdudlaşdırmalar nəzərdə tutulub. Xüsusən də insanların bir-biri ilə yaxın təmasının məhdudlaşdırılmasına diqqət yetirilir.

Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, karantin rejimin pozulmasına görə məsuliyyət nəzərdə tutulur və bu məsələdə hər hansı güzəştdən söhbət belə gedə bilməz.

Azərbaycan Konstutusiyasına edilən son dəyişikliklərə görə karantin rejimi ağılabatanlıq prinsipi əsasında tətbiq edilir. Belə ki, Qaydalar ağlabatan, məhdudlaşmalar konkret məqsədə uyğun olmalıdır.

Karantin rejimindən sonra ən ağırlaşdırıcı hal Fövqəladə vəziyyətdir ki, bu isə daha irihəcmli tədbirlər kompleksidir və konstitsuiyanın 112-ci maddəsinə əsasən fövqəladə vəziyyət dövlət başçısı tərəfindən elan edilir.(ATV)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - 2 - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

İlham Əliyev: "Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb"

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prez...

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək

Azərbaycanın Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi arasında bu ölkədə...

İlham Əliyev: "Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur"

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İl...

Azərbaycan Qırğızıstanla energetika əməkdaşlığına dair Anlaşma Memorandumu İMZALADI

Azərbaycan Energetika Nazirliyi ilə Qırğızıstan Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.   ...

ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycana GƏLDİ

Milli Məclisin (MM) Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir q...