Xudayarın anası: \"Dedi, qaçqın vəsiqəni cır at, gəlib səni aparacam\" - VİDEO

Xudayarın anası: \
"Zəng edəndə deyirdi narahat olmayın biz sərhədçiyik, sərhədi qoruyuruq". Ağır döyüşdən gülə-gülə çıxırdı. Bir dəfə də döyüşdə olduğunu hiss etmədik".

Sfera.az xəbər verir ki, bunu sosial şəbəkədə yayılan möhtəşəm ifası ilə hər kəsi heyran qoyan 22 yaşlı şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova deyib. Onun sözlərinə görə gizir şəhidimiz vətəni çox sevirdi: "Kiçik dayısı ilə danışanda demişdi ki, dayı mən döyüşə gedirəm, hər şeyi nəzərə almışam. Heçnə deyə bilmirdim. Ancaq vətən, torpaq sizə əmanətdir deyirdim. Mən onu həm anası, həm də atası kimi saxlasam da, vətəni məndən daha çox sevirmiş. Babasına dedi ki, qaçqınlıq vəsiqəni cır at baba, gəlib səni evinə aparacağam". Bütün şəhid analarına deyirəm ki, onlar ölməyib, Azərbaycanın dastanını yazıblar".
 



OXŞAR XƏBƏRLƏR