XTD komandiri Şuşa döyüşlərindən danışdı - VİDEO

XTD komandiri Şuşa döyüşlərindən danışdı - VİDEO
Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub.

Sfera.az-ın xəbərinə görə, Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərində bir çox igidliklər göstəriblər.

Onlardan da biri "Qarabağ” ordeni ilə təltif olunmuş mayor Nurlan Məmmədovdur. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin "Kobra” Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiridir. Döyüşlərə Füzuli istiqamətindən qoşulan N.Məmmədov Şuşanın düşməndən azad olunmasında göstərdiyi şüacətləri ilə yadda qalıb.

"Report”un əməkdaşı N.Məmmədov ilə söhbət aparıb. O, 44 günlük Vətən müharibəsində qazanılmış qələbədən, Şuşa döyüşlərindən danışıb:

"Ən çətin döyüşlərimizdən biri elə Şuşanın azad edilməsi uğrunda gedən savaş idi. Düşmənin müəyyən texnikası ilə üz-üzə gəldik. Biz az sayda - 15-20 nəfərlik qruplara bölünmüşdük. Şuşada ermənilərin 110-120 nəfərlik şəxsi heyəti üstümüzə gəldi. Biz onlarla elə döyüşdük ki, elə bildilər böyük dəstə və taborla gəlmişik. Bizdə o qədər güc, iman var idi ki, onları qorxmadan, usanmadan məhv etdik”.


Qeyd edək ki, N.Məmmədov 1983-cü ildə Qərbi Azərbaycanın Uluxanlı kəndində anadan olub. 2008-ci ildən DİN Daxili Qoşunlarının XTD-də xidmətə başlayıb. Bir müddət sonra zabit olmaq üçün Daxili Qoşunların orta ixtisas hərbi məktəbində təhsil alıb. N.Məmmədov həmin məktəbi fərqlənmə diplomu ilə bitirib və Daxili Qoşunlarda müxtəlif vəzifələrdə çalışıb.


N.Məmmədov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Qarabağ” ordeni, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” və "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib. (report)
 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...