Xoşqədəmlə Doğuş Naidəyə yardım edə bilmədilər - İzləyərkən əsəblərinizə hakim olun! - VİDEO

Xoşqədəmlə Doğuş Naidəyə yardım edə bilmədilər - İzləyərkən əsəblərinizə hakim olun! - VİDEO
13 ildir bədəninə su dəyməyən, uçuq daxmada həşəratlarla bir yerdə qeyri-insanı şəkildə yaşayan Naidə televiziya tamaşaçılarına "Səni axtarıram" proqramından tanışdır. Onun həyat tərzi - demək olar ki, vücudundakı bütün əzaları hərəkətsiz olan bədbəxt qızın qidalanması görənləri dəhşətə gətirmişdi. Naidə birmənalı şəkildə kənar şəxslərin köməyi olmadan yaşaya bilmir. Atası onun başını boşqabın içinə qoyduqdan sonra yeyə bilir. 


Sfera.az xəbər verir ki, 17 yaşından bu vəziyyətdə yaşayan Naidə yardım üçün Xoşqədəm Hidayətqızına üz tutmuşdu. O, yeni evin tikilməsini istəyirdi. 

X.Hidayətqızı Naidəyə kömək etmək üçün həyat yoldaşı Doğuşla və komandası ilə birlikdə Lerikə gedib. Onlar uçuq daxmanı söküb yerində yeni ev tikdirmək istəsə də, bu istəkləri baş tutmayıb. Qəribədir ki, evin tikilməsi üçün "Səni axtarıram"a üz tutan Naidə fikrini dəyişib. Evin tikilməsi üçün pul yığılsa da, atası və Naidə daxmanın sökülməsininə qarşı çıxıblar.

 
Kənd camaatı, eləcə də Xoşqədəm xanımla Doğuş bəy yerində yeni evin tikilməsi üçün daxmanın sökülməsi üçün onlara yalvarsalar da, razı sala bilməyiblər.

Xoşqədəm Hidayətqızının Naidəyə, Doğuşun isə Naidənin atasına yalvardığı görüntüləri təqdim edirik. İzləyərkən əsəblərinizə hakim olun!
BAKU.WS



OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...