Xoşqədəmi Nərmin cinayətinə görə polis saxlayıb?- Vəkilindən AÇIQLAMA

Xoşqədəmi Nərmin cinayətinə görə polis saxlayıb?- Vəkilindən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 2019-cu ilin noyabrında itkin düşən, "Xəzər" televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarılan 10 yaşlı Nərmin Quliyevanın yanmış meyiti tapılıb. 

 
Bu gün axşam saatlarında isə bəzi mətbuat orqanlarında aparıcı Xoşqədəm Hidayətqızının Nərminin işi ilə bağlı ifadə üçün polis bölməsinə çağırılması və orada da saxlanılması ilə bağlı məlumatlar gedib.

Sfera.az-ın verdiyi xəbərə görə, Sonxeber.az aparıcının vəkili Tahir Əlirzayevlə əlaqə saxlayıb.

O, yayılan məlumatların yalan olduğunu söyləyib: "Xoşqədəm xanımla 1 saat bundan öncə danışmışam. Onun saxlanılması ilə bağlı xəbərlər şayiədən başqa bir şey deyil".

OXŞAR XƏBƏRLƏR