Xoşqədəmdən Nərminlə bağlı ürək parçalayan paylaşım: \"Bağışla səni sağ tapa bilmədim\"

Xoşqədəmdən Nərminlə bağlı ürək parçalayan paylaşım: \
 
Xəbər verdiyimiz kimi, ötən il noyabrın 20-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti bu gün axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb.
 
Hadisənin təfərrüatı barədə hələ ki, məlumat yoxdur
.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sfera.az  xəbər verir ki, xəbərdən ən çox üzülənlərdən biri də məşhur telejurnalist Xoşqədəm Hidayətqızı olub. Xəbərdən sarsıntı keçirən "Səni axtarıram” layihəsinin aparıcısı ardıcıl olaraq 2 paylaşım edib.

Xeyli müddətdir Nərminin axtarışına çıxan telejurnalist azyaşlını sağ tapa bilməməsində özünü günahkar adlandırıb:

"Mənim on yaşlı mələyim sənə kim qıydı? Səni kim yandırdı bala? Görəsən o vəhşi sənə qıyarkən vicdanı titrədimi?? Sənin ölüm xəbərini aldım və inan ki məndə öldüm. Həftələrdi Nərmin deyib efirdən o canilərə yalvardım, sənin üçün doğulduğun kəndə qədər gəldimş
 
Günlərlə iş telefonuna özüm cavab verdim, bəlkə mənə gizli şəkildə kimsə sənin sirrini açar deyə. Olmadı qızım, mələyim, körpəm, olmadı... Mən o caninin qarşısın ala bilmədim, səni xilas edə bilmədim. Bağışla məni Nərminim”.

Daha sonra o, aldığı xəbərin təsirindən yuxusunun ərşə çəkildiyini bildirib və ürək parçalayan paylaşım edib:

Nərmin , sənin axtarışına çıxarkən bilirdim sən artıq yoxsan, amma möcüzəyə inanırdım. İnanırdım , deyirdim belkə də sağ tapılacaqsan...Əlimdən gələni etdim, o böyüdüyün evi, ətrafını, gəzdiyin küçəni gəzdim, dolaşdım, amma səni tapa bilmədim. Həftələrdi iş telefonuna özüm cavab verdim, bayramda belə özümlə götürdüm... Düşünürdüm möcüze olar sən zəng edərsən məni xilas edin deyərsən. Olmadı Nərminim, olmadı xınalı quzum...Məni bağışla səni sağ tapa bilmədim, məni bağışla sən öldürülərkən fəryadına yetişə bilmədim, məni bağışla sızlayan yaralarına məlhəm ola bilmədim bala. Gecə 01:47 mən hələ də yata bilmirem, səni öldürdükləri, yandırdıqları o səhnəni düşünürəm. Körpə bala, həmin an kimi çağırırdın , o balaca ürəyin yaşadığın dəhşətə necə dözdü. Dözə bilmirəm bu acıya, göz yaşlarıyla bu sətirləri yazıram, mənim günahsız körpəm. Məni bağışla , cənnət quşum, mələyim, Nərminim”.
 

Aparıcının bu paylaşımından sonra sosial şəbəkə izləyiciləri aparıcıya təsəlli verib.
 


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...