Xoşqədəm Hidayətqızına bu telekanalda vəzifə verildi
16:26 / 19.10.2021
943
Xoşqədəm Hidayətqızı ARB telekanalında yaradıcılıq məsələləri üzrə müşavir təyin edilib.
Sfera.az bildirir ki, bu barədə qaynarinfo-ya "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov açıqlama verib.
Eyni zamanda tamaşaçıların səbrsizliklə gözlədiyi Xoşqədəm Hidayətqızının təqdimatında "Səni axtarıram” verilişi də tezliklə ARB-də yayımlanacaq.
"Televiziya məkanında 12 ilin ən reytinqli verilişi olan "Səni axtarıram” öz vaxtında, həftə içi 5 gün, saat 16:00- da fərqli üslubda tamaşaçılara təqdim olunacaq”, deyə Mail Əsgərov bildirib.