Xoşqədəm evli kişidən uşaq doğan qızı ayaqüstə alqışladı: \"Şokdayam\" — VİDEO

Xoşqədəm evli kişidən uşaq doğan qızı ayaqüstə alqışladı: \
Xoşqədəm Hidayətqızı evli kişidən uşaq doğan gənc qızı ayaqüstə alqışlayıb.
 
Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, əlində bir uşaqla ortalıqda qalan Səlihətin davranışı aparıcını özündən çıxarıb. 

"Mənim, həqiqətən, bu gün "Səni axtarıram"ın onillik tarixində ilk dəfədir, qarşıma belə bir xanım çıxıb. Qanuni dünyaya gətirdiyi uşağı üçün həyat yoldaşından aliment istəyən, utandıqlarından başını qaldırmayan analar gördüm. Səlihət, gəlmisən, sənə də kömək edəcəm. DNT də etdirəcəm, aliment də kəsdirəcəm. Amma mən şokdayam, bala. Yaxşı ki, sənin qızın olmayıb. Tamaşaçılar məni qınamasın, burada balansı qorumağa çalışıram, sən burada hamını susdurdun.  Burada susacaq, başını aşağı salacaq biri varsa, o da sənsən. Şokdayam!"

Qeyd edək ki, Balakən rayon Kortala kəndindən Bakıya oxumağa gələn Səlihət 2017-ci ildə Lənkəranın Kərgəlan kəndindən olan İsmayılov Elşən Novruz oğlu ilə tanış olub. Elşən tələbə qıza subay olduğunu bildirərək onunla münasibət qurub. 1 il Bakıda kirayə tutduqları evdə bərabər yaşayıblar. Evli kişi tələbə qızın hamilə olduğunu öyrəndikdən sonra aradan çıxıb. 2018-ci ildə Səlihət ondan bir uşaq dünyaya gətirib. Hazırda Elşənin 35, bir uşaqla ortalıqda qalan qadının 22 yaşı var. Atası axtarılan uşağın isə 2 yaşı var.

Elşən efirə gələrək uşağın ondan olmadığını bildirib.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...