Xose Bernardonun bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı

Xose Bernardonun bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı
 

Teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Sfera.az  bildirir ki, Pirallahı Rayon Polis Şöbəsində (RPŞ) fakt üzrə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə noyabrın 10-da Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov X.Bernardo və onun qardaşı R.Hüseynovu mübahisə zəminində bıçaqlayıb. Yaralıların hər ikisi 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

X.Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. R.Hüseynov isə əməliyyat olunub.

İlkin məlumata görə, həkimlər R.Hüseynovun vəziyyətinin orta-ağır kimi qiymətləndiriblər.

Pirallahı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb. (Report)


OXŞAR XƏBƏRLƏR

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...