Xoşbəxt Yusifzadənin 91 yaşı tamam oldu

Xoşbəxt Yusifzadənin 91 yaşı tamam oldu
Bu gün Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin doğum günüdür.

Sfera.az xatırladır ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.

1947-ci ildə orta məktəbi bitirib və Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” üzrə bitirərək "dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib.

1970-1992-cı illərdə "Xəzərdənizneft” Birliyinin, "Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq "Xəzərdənizneftqazsənaye” Birliyinin, "Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və "Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini — baş geoloq vəzifələrində işləyib.

1992-1994-cü illərdə "Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.

Onun iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan "Azəri”, "Çıraq” və "Günəşli” yataqları kəşf edilib və istismara daxil edilib.

X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə verib.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Emil Məmmədov: "Tağıyevi bolşeviklər, ruslar, ermənilər unutdurmaq istəyirdi"

Tanınmış sosial media mütəxəssisi Emil Məmmədov Hacı Zeynalabdin Tağıyevin yeni açılmış heykəlini ziyarət etməsi ilə bağlı paylaşım edib. Sfera.az xəbər v...

Sabah Bakıya qar yağacaq - PROQNOZ

Yanvarın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında h...

Müstəqilliyə gedən yoldakı 20 Yanvar səddi

20 Yanvar hadisələrindən 32 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Çünki 1990-cı il yanvarın 20-si Azər...

Azərbaycanın qlobal əhəmiyyəti necə artır? - İlham Əliyev praqmatizmi...

Azərbaycanın təxminən 28 ildir apardığı balanslaşdırılmış və çoxvektorlu siyasət özünün praktiki əhəmiyətini saxlayır, son illər regionda və dünyada baş verən p...

Mövlam Şıxəliyevin məhkəməsində sensasion ifadə - qaçaqmalları satıb pulunu ona veriblər!

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

“Səhərə qədər yatmamışam, icra başçısı da orada idi” - Heykəlin müəllifi

"Ötən gün Prezident İlham Əliyevlə birgə Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışında iştirak etmək gözəl hissdir". Sfera.az xəbər verir ki, bu fikirl...