Xoşbəxt olmaq üçün Vanqanın 20 TÖVSİYƏSİ - Bunlara əməl etsəniz...

Xoşbəxt olmaq üçün Vanqanın 20 TÖVSİYƏSİ - Bunlara əməl etsəniz...
Xoşbəxt olmaq üçün Vanqanın 20 TÖVSİYƏSİ - Bunlara əməl etsəniz...Xoşbəxt olmaq hamının arzusudur və hər bir kəsin haqqıdır. İnsan həyatının xoşbəxt anlarla zəngin olması üçün müdriklərin, təbiblərin, psixoloqların, dünyagörmüş insanların müxtəlif məsləhətləri, tövsiyələri var.
 

Buta.Ws 20-ci əsrin tanınmış görücülərindən biri, bolqar görücüsü Vanqanın insan xoşbəxtliyi ilə bağlı 20 tövsiyəsini təqdim edir.

 

1. Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək.

 

2. Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşmançılıq keçirməyəcəksiniz.

 

3. Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır.

 

4. Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.

 

5. Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır.

 

6. Kiçik yaşlarından uşaqları zəhmətə alışdırın. Əgər siz özünüz zəhmət çəkməyi sevmirsinizsə, bununla uşaqlarınıza pis nümunə göstərirsiniz.

 

7. Heç vaxt unutmayın, Allah kimə daha çox imkan və qabiliyyət verirsə, ondan da daha çox cavabdehlik tələb edir.

 

8. Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz.

 

9. Asudə olmaq istəyirsinizsə hədər və boş yerə vaxt itirməyin.

 

10. Tələsin, amma həmişə ağılla tələsin.

 

11. Tez-tez ürəyinizin səsinə qulaq asın, görün o sizə nə deyir.

 

12. Nə isə deməzdən əvvəl yaxşı-yaxşı düşünün. Dediyiniz söz sizə xoşbəxtlik gətirməklə yanaşı, həyatınıza bədbəxtlik və bəlalar da gətirə bilər.

 

13. İnsanları mühakimə etməyə tələsməyin. Hər bir insanın özünəməxsus heç də asan olmayan həyatı var.

 

14. Qarşınıza gücünüz çatmayan, həlli mümkün olmayan vəzifə qoymayın. Çünki o vəzifənin öhdəsindən gələ bilməyəndə özünüzdən gileylənməyə başlayacaqsınız.

 

15. Xətrinizə kimsə dəyəndə, sizi kimsə incidəndə cavab verməyin. Vaxtınıza və əsəblərinizə qənaət edin.

 

16. Heç vaxt aldatmayın. Kiçik yalanlar belə böyük bədbəxtliyə səbəb ola bilər.

 

17. Axmaq adamlarla mübarizə aparmayın, mübahisə etməyin, onları düzəltməyə, dəyişməyə calışmayın. Çünki onlar xəstə yox, sadəcə səfehdirlər.

 

18. Sevdiyiniz insanlara diqqət və hörmətlə yanaşın, onları dinləməyi bacarın.

 

19. Keçmişinizdə baş vermiş hadisələrə görə peşmançılıq hissi keçirməyin, baş vermiş dəyişikliklərdən şikayətlənməyin.

 

20. Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək.

 
 
 
Sfera.az
Siz də bu tövsiyələrə əməl edib xoşbəxt olmağa çalışın.

 

OXŞAR XƏBƏRLƏR

DİQQƏT: Bu proqramları telefona yükləyərək istənilən adamı izləyə bilərsiniz – TƏHLÜKƏ – VİDEO

ARB TV-nin "Günə doğru” verilişində mobil telefonların izləmə qurğusuna çevrilməsi məsələsinə toxunulub. Texnologiya inkişaf edir. Bundan məmnun qalanlar çox ol...

Şərab koronavirusun gedişinə təsir edir?

 Elm adamları qırmızı və ağ şərabın tərkibindəki antioksidanın bədəndəki ACE2 fermentinin miqdarını artırdığını və bunun da öz növbəsində koronavirus infek...

Bill Qeyts dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı

  Koronavirus pandemiyasını yalnız iki il yarım sonra dayandırmaq mümkün olacaq.  Sfera.az  "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə...

Evdə olan 3 qorxulu əşyanı atın - Vanqadan məsləhət

Evdən lazımsız iki əşya atan kimi həyatım qaydaya düşdü və pul qayıtdı! Sfera.az saqlamHeyat.az-a istinadən bildirir ki, elə şeylər var ki uğuru çəkirlər!...

İyul ayında 2021-ci ili qeyd etdilər - VİDEO

 2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King” olub. Sfera.az xəbər veri...

Qız qalasının sirri açıldı – Qalanın kodu Quranın koduna bağlanır

XII əsrdə tanınmış memar Məsud Davud oglu tərəfindən tikilən və Bakının simvoluna çevrilən Qız qalası özündə bir çox sirləri gizlətməkdədir. O sirləri tədqiqatç...