Xoruldamaq bu təhlükəli xəstəliklərin əlaməti ola bilər: İnfarkt, insult və ...

Xoruldamaq bu təhlükəli xəstəliklərin əlaməti ola bilər: İnfarkt, insult və ...
Xoruldama daha çox kişilərdə və artıq çəkidən əziyyət çəkən insanlarda rast gəlinən ümumi yuxu problemidir və yüngül, şiddətli, fasiləli və ya davamlı formalarda ola bilər. Ara-sıra, xüsusən də yorğun olarkən xoruldamaq ciddi sağlamlıq problemi deyil. Ancaq uzun müddətdir xoruldama probleminiz varsa, bu, sağlamlığınız və yuxu keyfiyyətinizə təsirsiz ötüşmür.
 
Sfera.az bildirir ki, qulaq, burun boğaz üzrə türkiyəli mütəxəssis Hayati Kale bununla bağlı detallı məlumatlar verib. O, xorultuya səbəb olan amillərdən söz açıb. Belə ki;

*Artıq çəki
*Boğaz ətinin şişməsi
*Burun deformasiyaları
*Boğazın və çənənin anatomik strukturunda deformasiyalar
*Burun tutulması
*Yuxu həbləri
*Ürək xəstəlikləri
*Burun polipləri
*Hamiləlik
*Arxası üstə uzanaraq başı aşağı yatmaq
*Çox yorğun olmaq

Bəs yuxu apnesi ( nəfəsin kəsilməsi) nədir?

Bu, yuxu zamanı anormal nəfəs alma ilə xarakterizə olunan bir vəziyyətdir. Yuxu apnesi olan insanların yatarkən nəfəs almalarında uzun fasilələr olur. Müvəqqəti tənəffüs gecikmələri keyfiyyətsiz yuxuya gətirməklə yanaşı, bədənin kifayət qədər oksigen almamasına və ciddi sağlamlıq nəticələrinə də səbəb ola bilər. Başqa sözlə, apne yalnız xoruldama problemi deyil, həm də tənəffüs yolu xəstəliyidir. Buna görə də müalicə mütləqdir. Yuxu apnesinin bir neçə növü var, lakin ən çox rast gəlinən "obstruktiv yuxu apnesi”dir. Bu tip apne, yuxu zamanı tənəffüs yollarının ara-sıra tıxanması zamanı ortaya çıxır.
 
Yuxu apnesi hansı problemlərə yol açır?

Əsas problem kifayət qədər istirahət etməməkdir. Yuxunun olmaması insana fiziki, zehni və emosional olaraq təsir edən geniş spektrli sağlamlıq problemləri ilə əlaqələndirilir. Bundan əlavə, müalicə olunmayan apne yüksək təzyiq, infarkt, ürək xəstəlikləri və insult kimi müxtəlif ürək-damar problemlərinə də gətirib çıxara bilər.

Xorultu və apne müalicəsi 

Xorultu çox şiddətli deyilsə, hündür yastıqda, arxa üstə yatmaq vərdişini dəyişmək, arıqlamaq, yatmazdan əvvəl yemək yeməmək kimi üsullar təsirli ola bilər. Ancaq qeyd edilənlərə baxmayaraq problem aradan qalxmazsa, həkimə müraciət etmək lazımdır. Xoruldamanın səbəbindən asılı olaraq müalicə fərqli olur. Burun nahiyəsində sümük əyriliyi, tıxanıqlıq, ət və polip kimi rahat nəfəs almağa mane olan hallar varsa, bu, dərmanla, lazım olduqda cərrahi üsullarla müalicə edilməlidir. Bəzi hallarda ağız aparatının istifadəsi yuxu zamanı dilin geriyə doğru hərəkətinin qarşısını alaraq xoruldamanın qarşısını ala bilər. Əgər yuxu apnesi varsa, gecə yatarkən xüsusi cihazlar taxılaraq tənəffüs problemi müalicə edilir. Bir sözlə, müalicələr xoruldamanın səbəbindən asılı olaraq xeyli dəyişir.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...