Xomeyni Trampı PUA ilə vurmaqla təhdid etdi - FOTO
19:00 / 22.01.2021
3466
İranın ali dini lideri Əli Xomeyni rəsmi "Twitter" hesabından sabiq ABŞ prezidenti Donald Trampa bənzəyən və qolf oynayan bir şəxsin pilotsuz uçuş aparatı tərəfindən hədəf alındığını göstərən foto paylaşıb.
Sfera.az xəbər verir ki, o, paylaşımında İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvəsi komandanı general Qasım Süleymaninin intiqamının alınacağını qeyd edib.
"Twitter" sözügedən paylaşımı təhlükəsizlik qaydalarına zidd olduğu üçün silib. (Mediapost)