Xocavəndə icazəsiz gedən şəxslər saxlanıldı

Xocavəndə icazəsiz gedən şəxslər saxlanıldı
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  rayon ərazisində nəzarət-profilaktiki tədbirlər peşəkarlıqla davam etdirilir.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib. 

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR