No Image
No Image

Xocalıda Ərdoğanla şəklini yanaşı görən Prezident görün nə dedi - TARİXİ VİDEO

Xocalıda Ərdoğanla şəklini yanaşı görən Prezident görün nə dedi - TARİXİ VİDEO
"Xocalı rayonunun Sığnaq kəndi. Burada da Azərbaycan-Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin bayrağı asılıb”.

 

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı Xocalı rayonunun Sığnaq kəndindən keçərkən deyib.

 

Prezident İlham Əliyev yolun kənarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə asılan fotolarına da diqqət yetirib: "İki qardaş”.


Dövlət başçısı bildirib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyıb: "Ordumuz böyük qəhrəmanlıq göstərib, bu kəndləri işğalçılardan azad edib. Bundan sonra da istiqamət Daşaltı kəndidir, ondan sonra da Şuşa.


Xocalı rayonu, istiqamət Şuşa şəhəri. Gözəl mənzərə açılır. Həm sağ tərəfdə, həm sol tərəfdə. Hər tərəf yaşıl, dağlar meşələr. Dağların başında qar, hava da günəşlidir. Qabaqda da çox gözəl mənzərə açılır. Şuşaya yaxınlaşırıq. Bax, necə də gözəl, Şuşaya çatırıq.


Şuşa lap yaxındır. Dağın başında. Yol boyunca da günəş bizi müşayiət edir. Bu da təbiidir. Təbiət də bizi alqışlayır”.

 

Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən video-paylaşımlar edib.

 

 

 


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əliyev-Ərdoğan qardaşlığı gücümüzü artıracaq - TBMM

Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümünü qeyd edir, şəhidlərimizin xatirəsinə ehtiram göstəririk. Bu ilə isə ənənəvi anım mərasiminə fərqli şəkildə ...

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Sfera.az&n...

Araik Arutyunyan Yerevanda döyüldü: “Ermənistanın işlərinə qarışma...”

"Araik Arutyunyanın Ermənistandakı anlaşılmaz fəallığı ilə əlaqədar onu özünün və  Artsaxın problemləri ilə məşğul olmağa çağırıram”.   Bunu "...

İlham Əliyevdən Ermənistanda baş verənlərə MÜNASİBƏT

"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən Ermənistanda son olanlara şərh bildirmək istəmirəm. Dünən şəhid ailələriylə görüşdə oradakı...

Paşinyan Putinə zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə baş verən hadisələrlə bağlı Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Sfera.az xəbər verir ki, bunu Kremlin...

Ermənistan polisi də Paşinyana qarşı – 30 polis rəisi birgə bəyanat yaydı + FOTOFAKT

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı xüsusi bəyanatla çıxış edərək baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra düşmən ölkədə siyasi gər...