Xocalı soyqırımı ilə bağlı virtual görüş keçirildi - VİDEO
12:17 / 27.02.2021
1280
26 fevral 2021-ci il tarixində Azərbaycan Dillər Universitetinin ispan dili mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqrımının 29-cu il dönümünə həsr olunmuş virtual görüş keçirilib.
Sfera.az bildirir ki, görüşdə universitetin ispan dili ixtisası üzrə təhsil alan tələbələri və müəllim heyəti ilə yanaşı Venesueladan olan gənc tarixçi Eudes Ayala və Azərbaycan-Iberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov da iştirak edib.
Görüş ilk öncə Tərcümə fakultəsinin 4-cü kurs tələbəsi Samira Azizovanın soyqrım haqqında hazırladığı təqdimatla başlayıb. Daha sonra Mahir Qurbanov tarixi faktlar haqqında məlumat verib. Görüşdə çıxış edən Roman Dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Rəhimə Məmmədova 44 gün çəkən II Qarabağ müharibəsi və ermənilər üzərindəki qələbəmizdən danışıb və xarici qonağın suallarını cavablandırıb.