No Image
No Image

Xocalı qurbanlarının xatirəsi Şuşada anıldı

Xocalı qurbanlarının xatirəsi Şuşada anıldı
Xocalı soyqırımının 29-cu ildönümü Şuşa şəhərində qeyd olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, ermənilər tərəfindən öldürlən Xocalı sakinlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Şuşa şəhər ötən il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Xatırladaq ki, bu gün - fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sosial müavinətlərlə bağlı qərarda dəyişiklik edildi

Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı müvafiq qərarlarında dəyişiklik edilib. Sfera.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərara verdiyi i...

Azərbaycanda II Dünya müharibəsi veteran vəfat etdi

Neftçala rayonunda II Dünya müharibəsi iştirakçısı vəfat edib. Sfera.az xəbər verir ki, veteran Malik Qurban oğlu Qurbanov 98 yaşında dünyasını dəyişib. ...

"Güllü" Hərbi Qənimətlər Parkında - FOTO

"Kurtlar vadisi” serialında "Güllü Erhan" obrazını canlandıran türkiyəli aktyor Erhan Ufak bu gün Bakıdakı Hərbi Qənimətlər Parkında olub. Sfera.az xəbər ...

Qazi Sahilə ev və avtomobil veriləcək - RƏSMİ

"Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək xəsarət alan qazilərimizdən biri olan Həsənli Sahil Rauf oğlunun əlilliyinin qiy...

Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu

Goranboy rayonunda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən...

Maliyyə Nazirliyindən “Sovetski” ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayonunun keçmiş "Sovetski” adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirldiyi ...