Xocalı faciəsi dünya mediasında - Malaziya, Hindistan, Macarıstan...

Xocalı faciəsi dünya mediasında - Malaziya, Hindistan, Macarıstan...

Bu gün Xocalı qətliamının 29-cu il dönümüdür. Tək Azərbaycana qarşı deyil, bütün insanlığa qarşı təşkil edilmiş bu cinayətə ölkə mətbuatı ilə yanaşı dünyanın əksər KİV-lərində də yer ayrılıb.


Sfera.az ­­­­­­onlardan bəzilərini təqdim edir:


Malaziya millli xəbər agentliyi bernamo.com saytı: "Təxminən otuz ildir ki, Xocalı qurbanları üçün ədalət gözləyir" başlığı ilə xəbər yayımlayıb. Sözügedən materialda ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi genosid təsvir olunub.


Ukraynada fəaliyyət göstərən "muslimnews.co"saytı da Xocalı faciəsinə geniş yer ayırıb. Saytda yayımlanan məqalədə Şərqin ilk demokratik ölkəsi olan Azərbaycana qarşı törədilən cinayətlər geniş əksini tapıb. Yazıda Ermənistanın beynəlxalq norma və prinsipləri açıq şəkildə pozduğu qeyd olunub.

 

Macarıstan mediasında da Xocalı soyqırımında bəhs edilib. Ölkənin dailynewshungary.com saytında Ermənistanın ötən il ərzində də işğalçılıq siyasətinə əl atmaq istəyi, mülki əhalini öldürməsi qeyd olunub. Xəbərdə Xocalı faciəsi geniş təsvir edilib.

 

İndoneziyanın acurat.co saytında həmvətənlərimiz Elnur Eltürk və Əli Zülfüqaroğlunun Xocalı faciəsi ilə bağlı yazdığı məqalə yayımlanıb. Məqalədə Ermənistanın insanlığa qarşı cinayət törətməsi geniş təsvir olunub.


Hindistanın tv9hindi.com saytı da Xocalı faciəsinə yer ayırıb. Saytda 90-cı illərdə Azərbaycanla Ermənistan arasında olan müharibə və onun dəhşətli nəticələri də əks edilib.

 

Argentinanın realpolitic.com saytı Xocalı faciəsini Qafqaza qarşı təşkil edilən soyqrım kimi təqdim edib. Yazıda dondurulmuş qarşıdurmanın İkinci Qarabağ müharibəsi ilə tamamlanması da əksini tapıb.


Qeyd edək ki, bundan əlavə Xocalı faciəsinə Türkiyənin əksər KİV-lərində, Rusiya və İngiltərə mətbuatında da xüsusi yer ayrılıb.

 

 

Sfera.az

Əzizə Zeynal

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR