Xiyar pəhrizi ilə - Orqanizmi necə təmizləməli?

Xiyar pəhrizi ilə - Orqanizmi necə təmizləməli?
Xiyarın vitamin deposu olduğu, dəri, saç və dırnaqlar üçün faydalarından xəbərdarıq. Lakin məlum olub ki, xiyar həm də xərçəng xəstəliyinin profilaktikasında xeyirlidir.

Sfera.az xəbər verir ki, araşdırmalara görə, buna səbəb xiyarın turşuluğu normallaşdırmaq xüsusiyyətinə malik olmasıdır. Onun sıxılmış şirəsində tartron turşusu var və bu turşunun sayəsində karbohidratların yağa çevrilməsi ləngiyir.

Orqanizmin təmizlənməsində bu tərəvəzdən istifadə etmək əbəs yerə deyil. Çünki bu şirə təbii sorbentdir.

Sorbent - elə bir maddədir ki, bədəndən bütün toksinləri çıxarır və bağırsaqlar yaxşı işləməyə başlayır. Tərkibində isə B, C qrupu, mis, fosfor və kalsium var.

Xiyarlı pəhriz - xalq arasında ən populyar pəhriz növlərindən biridir. Xiyarın 95%-i strukturlu sudan ibarətdir, 1 kq-da sadəcə 150 kalori var. Bu tərəvəzin tərkibindəki suyun sayəsində mədənin divarları dartılır və toxluq hissi yaranır. Bu pəhriz 7 gün saxlanılır. Gün ərzində hər gün 1 kq xiyar yeyilməyi məqsədəuyğundur. Səhər tezdən 1 stəkan su içib, yarım saat sonra isə səhər yeməyinə başlamalısınız. Səhər kaşa və ya qaynadılmış yumurta, üzərinə yağ çəkilmiş çörək dilimi və 1 dilim yağsız pendir və ya 1 pors xama yeyə bilərsiniz. Kofe və ya bal ilə çay içmək olar. Sizin səhər yeməyiniz 200 kalori təşkil etməlidir. Xiyar və tərəvəzdən ibarət salat hazırlayaraq gün ərzində 3 dəfə 1 dilim kəpəkli çörək ilə yeyə bilərsiniz.

Qeyd edək ki, salatın əsas hissəsini 1 kq xiyar təşkil etməlidir. Duz vurulmağı məsləhət görülmür. Şam yeməyinə meyvə yeyə bilərsiniz. Gün ərzində su, çay, kofe içə bilərsiniz, amma şəkərsiz olaraq içmək məsləhətdir. Bu pəhriz aşağı kalorili pəhrizdir,buna görə də 7 gündən artıq saxlamaq olmaz. Həm də orqanizmin belə ümümi təmizlənməsini ildə 1 dəfə xiyar tərəvəzi mövsümündə etmək məqsədəuyğundur.

Bunu vurğulayaq ki, bu pəhrizdən mədə və onikibarmaq bağırsağın yazva xəstəliyi, qastrit və yüksək mədə turşuluğu olan xəstələr istifadə edə bilməz. /medicina.az

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...