Xırdalanda güclü partlayış: dağıntılar altından 2 nəfər çıxarıldı - VİDEO

Xırdalanda güclü partlayış: dağıntılar altından 2 nəfər çıxarıldı - VİDEO
Abşeron rayonunda evdə partlayış baş verib.

Sfera.az övqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.

Partlayışdan sonra yanğın başlayıb.

1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb.

Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir.
 

OXŞAR XƏBƏRLƏR