Xırdalanda avtobus dayanacağının yerində obyekt tikilir

Xırdalanda avtobus dayanacağının yerində obyekt tikilir
 

Bakının Xırdalan şəhəri, Nizami Gəncəvi və Nəsibə Zeynalova küçələrinin kəsişməsində yerləşən avtobus dayanacağını sökülüb yerində çoxmərtəbəli ticarət obyekti tikilir. Ərazinin müxtəlif təyinatlı iaşə obyektləri ilə dolu olduğunu nəzərə alsaq, yeni obyektin inşasından sonra orada hərəkət etmək mümkün olmayacaq.

Bu şikayətlə Xırdalan sakinləri müraciət ediblər. Onların bildirdiyinə görə, artıq bir neçə aydır ki, ərazidə inşaat işlərinə başlanılıb, binanın özülü qazılıb. Tikintinin getdiyi ünvana rayon məmurları nəzarət edirlər.

"Nizami Gəncəvi və Nəsibə Zeynalova küçələri şəhərin mərkəzində yerləşir. Bu küçələrdə onsuz da kifayət qədər obyekt var- çayxana, bar, restoranlar, sexlər, hətta avtoservis və "moyka”ların əlindən tərpənmək olmur. Avtobus dayanacağını və bir yaşayış evini sökmüşdülər, heç olmasa əhalinin istirahəti üçün mədəni mərkəz, kitabxana tikərdilər. Nəzərə alaq ki, həmin ünvanda Maliyyə-Humanitar Kollec də yerləşir”, - sakinlər deyirlər.

Şikayətçilərin sözlərinə görə, Xırdalanın mərkəzi olduğundan bura həmişə şəhər sakinlərinin sıx gəldiyi yerdir. Belə yerdə küçələrin adını daşıyan Nizami Gəncəvi və ya Nəsibə Zeynalovanın kiçik abidəsini qoymaq olardı.

Şikayətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə zəng etdik. Ümumi şöbədən virtualaz.org-a bildirdilər ki, bu barədə araşdırma aparılması üçün yalnız rəsmi məktubla müraciət olunmalıdır.

G. Əliyeva

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...