Xınalığa leysan yağıb - FAKTİKİ HAVA
18:30 / 14.07.2020
2361
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən Sfera.az-a verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidalandıran sol qolda saat 14:25-dən başlanan leysan yağış nəticəsində bir saat ərzində 23,6 mm yağıntı düşüb.
Qudyal çayın mənsəbinə yaxın yerdə suyun səviyyəsinin hazırda yüksəlməsi davam edir. Mənsəbdən 7-8 km yuxarıda, Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb.